Logo

Dünya çempionatı start götürür

Dünya çempionatı start götürür
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2026-cı il futbol üzrə dünya çempionatı bu gün start götürəcək.

Sfera.az xəbər verir ki, ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi mundialın açılış oyununda A qrupunda yer alan Meksika və CAR milliləri üz-üzə gələcəklər.

Mexiko şəhərindəki 83 min tamaşaçı tutumuna malik stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə təşkil olunan dünya çempionatında bu arena üçüncü dəfə açılış matçına ev sahibliyi etməklə rekord göstəriciyə imza atacaq.

Qeyd edək ki, mundial iyulun 19-da Nyu-Cersidə keçiriləcək final oyunu ilə başa çatacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR