Logo

Millimizin iki futbolçusu heyətdən kənarlaşdırıldı

Millimizin iki futbolçusu heyətdən kənarlaşdırıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Sfera.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Anton Krivotsyuk və Abdulla Xaybulayev heyətdən çıxarılıblar.

Qeyd edək ki, millimiz Avstriya toplanışı çərçivəsində keçirdiyi ilk yoldaşlıq oyununda Maltaya 0:2 hesabı ilə uduzub. Həmin görüşdə rəqibin ikinci qolunun ardından futbolçular bir-biriləri ilə dalaşıb.

Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv iyunun 9-da San Marino yığması ilə üz-üzə gələcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR