Təhsilə ayrılan vəsait açıqlandı

Təhsilə ayrılan vəsait açıqlandı
Kateqoriya məlum deyil
T

"Təhsil, səhiyyə və sosial müdafiəyə ayrılan vəsaitlərin artımı iqtisadi inkişaf üçün dayanıqlı insan kapitalı bazası yaradır". 


Sfera.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında - Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabatın təqdimatı zamanı bildirib.

 

"Dövlət büdcəsindən təhsil və elm xərclərinə 4.8 milyard manatdan artıq vəsait ayrılıb (artım 5,1%). 
2025-ci ildə 31 təhsil müəssisəsində (o cümlədən 11-i Heydər Əliyev Fondu tərəfindən) işlər yekunlaşdırılmış, 97 təhsil müəssisəsində (o cümlədən 70 modul tipli ) isə tikinti-quraşdırma işləri davam edir. 
Eyni zamanda, 959 təhsil müəssisəsində, o cümlədən 10 peşə, 4 kollec, 185 məktəbəqədər və 760 ümumi təhsil müəssisəsində cari təmir işləri aparılmışdır. 
Bu işlərin mərhələli şəkildə davam etdirilməsi planlaşdırılır",
- Baş nazir qeyd edib.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR