Ölkəni qarışdıran fotonun sirri: Həyatı gətirməyən Həyatın taleyi - VİDEO

Ölkəni qarışdıran fotonun sirri: Həyatı gətirməyən Həyatın taleyi - VİDEO
Uzun illərdir ki, Azərbaycan mətbuatı bir şəkli Xocalı sakinləri kimi təqdim edir. Amma həqiqət başqadır . Bu şəklin də çox maraqlı tarixçəsi var. 24 il əvvəl çəkilmiş fotoda olan şəxs Kəlbəcər rayon sakini Bayramova Həyat Fikrət qızıdır. O hazırda Goranboyun Buzluq kəndi ərazisində, 3 uşağı ilə birgə yaşayır.

Maddi vəziyyəti acınacaqlı olan Həyat xanım valideynlərinin qoyub getdiyi evdə tək 3 uşaq böyüdür. Həyat Bayramova 12 yaşında erməni işğalı nəticəsində öz doğma yurdundan ayrı düşür. Mətbuatda böyük səs-küyə səbəb olan həmin foto da məhz o gün çəkilib. Həyat xanım Femida.az -a bir şəklin tarixçəsini belə açıqlayıb:







"… Həmin günü həyətimizə gələn su donduğu üçün bulqadan su gətirməyə getmişdim. Gördüm ki, qonşumuz saçını yolub, qışqırır. Deyirdi ki, ermənilər tuneli alıb, kəndə çatır. Mənim cəmi 12 yaşım var idi. Bunu eşidib, evə qayıtdım. Artıq hamı bir-birinə qarışmışdı. Atam da həmin günü evdə deyildi. Anam bizi çətinliklə yola çıxardı. Biz də ailədə 7 uşağıq. Anam bilmirdi ki, hansımızı aparsın. Artıq yolun başında köç maşınları dayanmışdı. Anam bizi çayın qırağındakı körpünün yanına gətirdi. Orada bizi yük maşınlarına mindirdilər.

Murovu çətinliklə aşdıqdan sonra Xanlar rayonunun girişində maşında düşdük. Anam baxdı ki, qardaşım yoxdur. Bizi orada qoyub, geri qayıtdı. Həmin vaxt balaca bacım da qucağımdaydı. Ətrafdakı səs-küydən, qadınların ağlamağından qorxurduq. Tək qaldığımızı görən bir kişi bizə yaxınlaşdı. O Molla Cəlilli kəndindən olan Alik dayı idi. Bizi götürüb, evinə apardı. Onun həyat yoldaşı Yazgül xala bizi 15 gün evində saxladı. Sonra atamla anam Molla Cəlilliyə gəlib, bizi tapdılar. Qardaşımı da kənd cammatı çıxanda Kəlbəcərdən Bərdəyə gətirmişdilər. Bir müddət Bərdədə məskunlaşdıqdan sonra Goranboyun Buzluq kəndinə köçdük. 1994-cü ildən bu evdə, Buzluqda yaşayırıq…

Mətbuatda yayılan həmin foto da bizim qaçqın düşdüyümüz gün çəkilib. Bacım Fatimə acından və soyuqdan ağlayırdı. Onun cəmi 5 yaşı var idi. Anam onu yun ədyala bükmüşdü. Bu günün özündə anam bacımı bükdüyümüz o ədyalı saxlayır…”













Femida.az Goranboyun Buzluq kəndindən hazırlanmış geniş reportajı təqdim edir:


 


OXŞAR XƏBƏRLƏR

“Aztelekom”un əməkdaşı Heydər Əliyev zirvəsinə qalxdı - FOTOLAR

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Aztelekom” MMC-nin əməkdaşı Nicat Səfərov Ümummilli Li...

Hərbçilərimiz Türkiyəyə yollandı - VİDEO

Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azər...

Bu səfər yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri, səfər çərçivəsində imzalanan “Azərbaycan...

Fransa dondurulmuş Rusiya aktivlərini öz müəssisəsi üçün istifadə edəcək

Fransa dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Parisin Kiyevə verdiyi “Caesar” özüyeriyən haubitsalarına xidmət etmək üçün istifadə edəc...

Bakıda bu məktəbdə “Son zəng” üçün pul yığılır? – RƏSMİ

Paytaxtdakı 207 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdı...

Ceyhun Mirzəyevin yeganə qızıMoskva küçələrində

"Ögey ana", "Fəryad" kimi məşhur filmlərdə rol alan mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyeva Moskvada küçədə yaşayır. &nbs...