Bakıda 1 yaşlı uşaq yanan evin içində qaldı
Hadisə
17:26 / 14.02.2017
1456
Bu gün Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 35 m2 olan birmərtəbəli 2 otaqlı evin 1 otağında 1 ədəd divan və 4 m2 sahədə lambirdən ibarət tavan yanıb.
Sfera.az FHN-ə istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 2016-cı il təvəllüdlü Cəfərov Cabbar Siyavuş oğlunun meyiti aşkar olunub.
Bitişik mənzillər yanğından mühafizə olunub. Yanğın saat 12:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.