ŞOK! Şəhidimizin şəkili ermənilərin profilində - FOTOLAR
Cəmiyyət
15:31 / 30.01.2017
3078
"Anti-armenia Team” adlı azərbaycanlı hakerlər qrupu yüzlərlə erməninin "Facebook” profillərinin şifrəsini sındırıb
Baku.ws xəbər verir ki, onlar bununla kifayətlənməyərək həmin profillərə şəhid Çingiz Qurbanovun fotosunu yerləşdiriblər.
Xatırladaq ki, 2016-cı il dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Sonradan məlum olub ki, onun meyiti qarşı tərəfdədir.

