"Hindistanla müharibə 3 günə başlaya bilər" - Pakistanın müdafiə naziri

00:39 / 29.04.2025
5671
Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.
Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib.
“Biz üfüqdə müharibənin yaxınlaşdığı faktına zehni olaraq hazır olmalıyıq" - deyə o qeyd edib.
Nazir qarşıdakı günlərin həlledici olacağını nəzərdə tutduğunu bildirib.