Putin-Tramp görüşü Türkiyədə keçirilə bilər - ŞƏRH

Putin-Tramp görüşü Türkiyədə keçirilə bilər - ŞƏRH

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib ki, Putin-Tramp görüşünün keçirilməsi barədə yerlər təklif edilib.

 

Maraqlıdır, görüş harada baş tuta bilər?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi ekspert Məhəmməd Əsədullazadə bildirib ki, Putinin Qərbə səfəri mümkün deyil.

 

Onun sözlərinə görə, belə bir görüş üçün Türkiyənin seçilməsi mümkündür:

 

“Türkiyə Rusiya-Ukrayna müharibəsinin ilk aylarından vasitəçi olub. İki tərəf arasında "İstanbul razılaşması" da əldə edilib. Türkiyə kifayət qədər neytral mövqe tutaraq həm Rusiya, həm də Ukrayna ilə sıx siyasi təmasları saxlayır. Bundan əlavə, hər iki prezidentin Ərdoğanla şəxsi münasibətləri yüksək səviyyədədir. Ona görə də Tramp və Putin arasında Ukrayna ilə bağlı görüş yeri Türkiyə ola bilər.

 

ABŞ və Rusiya arasındakı danışıqlarda ilk növbədə atəşkəsin əldə edilməsi və Rusiya qoşunlarının geri çəkilməsinin müzakirə olunması istisna deyil. Türkiyə yenidən İstanbul razılaşmasına qayıdılmasını gündəmə gətirib. Görünür, bu istiqamətdə ABŞ və Türkiyə koordinasiyalı çalışır”. 

 

M.Əsədullazadə qeyd edib ki, Rusiya və Ukrayna arasında danışıqlar prosesi yaz aylarından başlaya bilər. Bunun üçün ilk növbədə ABŞ və Rusiya arasında ilkin razılıq olmalıdır.  

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Üç bürcə tezliklə arzularını yerinə yetirmək şansı veriləcək

Avqustun 5-dən etibarən üç bürc üçün müsbət dəyişikliklər dövrü başlayıb. Oğlaq bürcünə keçən Ay özü ilə sabitlik, inam və daxili dəstək hissi gətirir.  ...

Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqibləri qarşılaşdı

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Bolqarıstanın "Ludoqorets" və Macarıstanın "Ferentsvaroş" komandaları üz-üz...

Donald Tramp: Yaxın günlərdə Ukraynadakı müharibənin bitməsinə çalıçacağıq

“Stiven Uitkoff bu gün Moskvada Rusiya prezidenti Vladimir Putinlə çox məhsuldar görüş keçirib”.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ...

"Whatsapp"da yenilik - Nömrə olmadan da yazışmaq olacaq

WhatsApp-a yeni bir funksiyanın - qonaq çatlarının əlavə olunacağı məlum olub. Bu funksiya insanlara WhatsApp hesabı olmadan da platforma üzərindən istifadəçilə...

Meteohəssas insanlara XƏBƏRDARLIQ: Sabah evdən çıxmayın

Avqustun 7-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, Abşeron yarıma...

Bakıda bu binalar söküləcək - TAPŞIRIQ VERİLDİ

xəbər verir ki, bu il iyulun 2-də Bakı Şəhər İcra Hakimiyyətində Prezident İlham Əliyevin tapşırıq və göstərişlərindən irəli gələn məsələlərlə bağlı müşavirə ke...