Qadın beş il ərzində özünü ölmüş əkiz bacısı kimi göstərdi: Ailəsi necə reaksiya verdi?


Qadın beş il ərzində özünü ölmüş əkiz bacısı kimi göstərdi: Ailəsi necə reaksiya verdi?

Çindən olan Annie Niu ailəsinə beş il ərzində özünü viral meningit nəticəsində ölən əkiz bacısı kimi göstərdiyini etiraf edib. Valideynlər bu barədə bilsələr də, sağlamlıqlarından qorxaraq bu məlumatı nənə və babalardan gizlətməyə qərar veriblər. Qadın bu barədə “TikTok”da danışıb.
 

Sfera.az bildirir ki, Çinli qadın 4,4 milyon baxış toplayan viral videosunda bu barədə paylaşım edib.
 

"Nəhayət ailəmə əkiz bacımın beş il əvvəl öldüyünü dedim. Bundan sonra onun bütün ailə fotolarını yığışdırdılar" - yazıb.
 

Niunun sözlərinə görə, bunu sirr saxlamaq qərarına gələn onun atası olub. Heç kimin heç nə təxmin etməməsi üçün o, tez-tez qohumlarına mərhum bacısı kimi göstərərək yanına dəvət edib.


Niunun 92 yaşlı nənəsi 2023-cü ilin iyulunda xəstələnəndə o, atası ilə nəhayət həqiqəti üzə çıxarmaq qərarına gəlib və nəvələrindən birinin artıq onu qarşı tərəfdə gözlədiyini bildirib. Bundan sonra bibilər və əmilər faciədən xəbər tutublar.
 

Enni ailə üzvlərinin bundan sonra bacısının fotoşəkillərini divarlardan çıxarmağa başlamasından şikayət edib. Bu onu çox kədərləndirib. Eyni zamanda, hələ sağ olan baba hələ də heç nə bilmir. Qohumları onun qayğısına qalmaq qərarına gəliblər.
 

Bir çox izləyici videonun müəllifinə rəğbətini bildirib. Bəziləri sevdiklərindən də oxşar sirlər saxladıqlarını etiraf ediblər.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

"Real"ın gənc uluzuna cinayət işi açıldı

"Real"ın gənc ulduzu Raul Asensio və onun klubun gənclərdən ibarət kollektivindəki keçmiş komanda yoldaşlarına qarşı cinayət işi açılıb.  ...

Ötən ay ən çox şikayət olunan banklar - Siyahı

Azərbaycan Mərkəzi Bankı (AMB) cari ilin aprel ayı ərzində bank müştәrilәrinin bank xidmәtlәrindәn istifadәsi üzrә şikayәt indeksini acıqlayıb.   Sfe...

“Haka” rəqsi edən deputatlar cəzalandırıldı - "Bu ən sərt qərardır"

Yeni Zelandiya parlamentində keçirilən iclas zamanı “Haka” rəqsi edərək mübahisəli qanun layihəsinə etiraz edən üç deputata cəza verilməsi tövsiyə o...

Azərbaycanda ən yüksək maaş bu şəhərdədir - Bakı sıralamada ikincidir

2025-ci ilin aprelin 1-nə olan məlumata əsasən, Azərbaycanda ortaaylıq maaş 1084 manatdır. Bəzi şəhər və rayonlarda orta maaş səviyyəsi bu həddən yüksəkdir.&nbs...

Aparıcı Zaurla Günayın xaricə köçməsi iddiasına ATV-dən REAKSİYA

Tanınmış telejurnalist, ATV-nin “Bizimləsən” və “Zaurla Günaydın” verilişlərinin aparıcısı Zaur Baxşəliyevin müəllifi olduğu proqramları...

Zelenskidən Putinə MESAJ: "Mən burdayam!" – VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfərini Rusiya lideri Vladimir Putin üçün "çox aydın siqnal" adlandırıb.   Sfera.az x...