Lavrov Suriya qərarını elan etdi: Addımlar atacağıq!


Lavrov Suriya qərarını elan etdi: Addımlar atacağıq!

Bu gün İran və Türkiyə ilə güclü çağırış etmək barədə razılığa gəldik və bu çağırışa əməl olunmasını təmin etmək üçün bəzi xüsusi addımlar atacağıq.

 

Sfera.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Dohada Türkiyə və İran XİN başçıları Hakan Fidan və Abbas Arakçı ilə Suriya mövzusunda keçirdikləri üçtərəfli görüşdən sonra açıqlamasında deyib.

 

Lavrov bildirib ki, Dohadakı görüşdə Suriyadakı düşmənçiliklərə dərhal son qoyulması barədə razılığa gəliblər.

 

Rusiya XİN başçısı qeyd edib ki, Moskva Suriya hökuməti ilə müxalifət arasında dialoq görmək istəyir:

 

“Rusiya, İran və Türkiyə Suriyada hakimiyyət-müxalifət dialoqunu dəstəkləyir. Düşmənçilik fəaliyyətlərinə dərhal son qoymağa çağırdıq. Bu gün İran və Türkiyə ilə güclü bir çağırış etməyə razılaşdıq və bu çağırışın reallaşması üçün bəzi xüsusi addımlar atacağıq”.

 

Lavrov əlavə edib ki, müxalifətin Suriya ərazisini nəzarət altına almasına icazə verilməsi qəbuledilməzdi


OXŞAR XƏBƏRLƏR

Təhsil almadan 11 dil öyrəndi: “Əllərimə yazaraq başladım”

Antalyanın Manavqat rayonunda yerləşən Side Antik kəndində bir zərgərlik mağazasında çalışan 56 yaşlı Cuma Turhan heç bir rəsmi təhsil almadan 11 dili öyrənməyi...

Gəncədə qəzaya uğrayan BMV evin yanmasına səbəb oldu

Gəncə şəhərində BMV markalı minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat...

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda 3,8 maqnitudalı zəlzələ baş verib.   Sfera.az Gürcüstan mediasına istinadən xəbər verir ki, zəlzələ ölkənin şimal-şərqində qeydə alınıb. ...

"Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər" - Mirzoyan

Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı yaxşı xəbər ola bilər.   Sfera.az Teleqraf-a istinadən xəb...

Alça bu insanlara qəti QADAĞANDIR – ARAŞDIRMA

Turş dadı və bol C vitamini ilə tanınan bu meyvə bəzi insanlar üçün təhlükə mənbəyi ola bilər. Söhbət mövsümü meyvə olan alçadan gedir.    Mütəxəs...

Yeni “iPhone"larda güclü RAM-lar quraşdırılacaq - “Apple”dən mühüm dəyişiklik

“Apple” yeni “iPhone 17 Pro” və “Pro Max” modellərində səmərəliliyi artırmaq üçün mühüm bir yeniliyə imza atıb. Şirkət bu mo...