“AzərEnerji”: COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib

“AzərEnerji”: COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib

"AzərEnerji" ASC COP29-un və ümumilikdə Bakı şəhəri başda olmaqla ölkənin fasiləsiz və dayanıqlı elektrik təchizatının təmin edilməsi üçün üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib.

 

Sfera.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

 

Məlumata görə, müvafiq dövlət qurumları ilə birgə 24 saat fasiləsiz olaraq strateji əhəmiyyətli yüksəkgərginlikli ötürmə xətləri, qovşaq yarımstansiyaları, o cümlədən istehsal mənbəyi olan elektrik stansiyalarının fiziki təhlükəsizliyi tam təmin edilib və texniki personal, xüsusi təyinatlı briqada və səyyar diaqnostika avadanlıqları gecə-gündüz iş başında olub. Eyni zamanda paytaxt və ətraf ərazilərdə yerləşən 37 qovşaq yarımstansiyası, 129 ötürmə xətti və 6 elektrik stansiyası daim təftiş olunub. SCADA sistemi başda olmaqla bütün enerjisistemin proqram təminatı və rəqəmsal idarəetməsi üçün kiber təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə həyata keçirilib. Nəticədə, tədbir müddətində baş verə biləcək təhlükələr anında aradan qaldırılıb və heç bir qəza açılması yaşanmayıb.

 

Paralel olaraq “AzərEnerji” COP29 tədbirində yaxından təmsil olunub. Belə ki, “mavi zona”da “AzərEnerji” rəhbərliyi müxtəlif tədbirlərdə iştirak edib. “Yaşıl zona”da gələcəyin enerjisistemi, karbon sertfikatı, “yaşıl enerji” zonası, dekarbonizasiya, elektroenergetikanın modernizasiyası, data analitika, “yaşıl enerji” xabı və başqa mövzularda dünyanın aparıcı enerji şirkətlərinin iştirakıyla ümumilikdə 18 tədbir, memorandum imzalanması, təqdimat və görüşlər keçirilib.

 

COP29 tədbiri müddətində “AzərEnerji” ilə “Azərişıq” ASC-nin “yaşıl zona”da yerləşən pavilyonunu 10 minə qədər qonaq ziyarət edib ki, onların arasında nüfuzlu şəxslər, xarici qonaqlar üstünlük təşkil edib.


OXŞAR XƏBƏRLƏR

Prezident Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.   Sfer...

İlham Əliyev Ulu Öndərlə bağlı paylaşım etdi - VİDEO

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı rəsmi "Instagram" səhifəsində videoçarx paylaşıb. ...

Mehriban Əliyevadan Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-...

500-dən çox hərbçiyə mənzil verilib

2025-ci ilin geridə qalan dövründə 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib.   Sfera.az “Report”a istinadən xəbər ve...

Dövlət rəsmiləri Heydər Əliyevin məzarını ziyarət etdilər

Ulu öndər, Azərbaycanın eks-prezidenti Heydər Əliyev anadan olmasının 102-ci ildönümündə hörmətlə anılır.   Sfera.az xəbər verir ki, dövlət qurumları...

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...