COP29-da bununla bağlı qərar qəbul edildi

COP29-da bununla bağlı qərar qəbul edildi

COP29 çərçivəsində noyabrın 18-də Tərəflər Paris Sazişinin 6-cı maddəsinin 8-ci paraqrafında istinad olunan qeyri-bazar yanaşmaları çərçivəsində iş proqramına dair qərar qəbul ediblər.

 

Sfera.az xəbər verir ki, 6.8-ci maddə qeyd olunan yanaşmalar vasitəsilə Tərəflərə milli iqlim planlarını, o cümlədən mitiqasiya və adaptasiya üzrə planların həyata keçirilməsi və davamlı inkişafın təşviqi imkanı yaradır.

 

COP29 Sədrliyi Paris Sazişinin 6-cı maddəsinin tam şəkildə işlək vəziyyətə gətirilməsini əsas prioritetlərindən biri kimi müəyyən edib. Bu maddə ölkələrin iqlim hədəflərinə çatmaq üçün əməkdaşlıq zamanı etibarlı və şəffaf karbon bazarlarının təmin edilməsini nəzərdə tutur. Həmin maddəyə uyğun bazarlar inkişaf etməkdə olan ölkələrə daha çox investisiya yönəltmək üçün önəmli vasitədir. 6-cı maddənin tam şəkildə tətbiqi ölkələrin Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin həyata keçirilməsi üçün sərf etdikləri vəsaiti ildə təxminən 250 milyard ABŞ dolları azalda bilər.

 

Xatırladaq ki, COP29-un ilk günündə - noyabrın 11-də Paris Sazişinin 6.4-cü maddəsinə uyğun olaraq Tərəflər karbon kreditlərinin yaradılması üzrə standartlar barədə razılığa gəliblər. Bu, beynəlxalq karbon bazarının BMT-nin nəzarəti altında fəaliyyət göstərməsini təmin edəcək. Sözügedən standartlar beynəlxalq karbon bazarının yüksək etibarlılığına və emissiyaların azaldılmasına imkan verəcək.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...

Elnarə buna görə toylara getmir

“Dənizdə damla olmağı sevməmişəm. Heç kimin etmədiyini etmişəm. Fərqlənməyi sevirəm”.   Sfera.az xəbır verir ki, bu sözləri müğənni Elnar...