Kamran Əliyev BƏƏ-nin Baş Prokurorunun müavini ilə görüşdü - FOTO

Kamran Əliyev BƏƏ-nin Baş Prokurorunun müavini ilə görüşdü - FOTO

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizə səfərə gələn beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.

 

Bu barədə Sfera.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Noyabrın 14-də Baş Prokuror Kamran Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş Prokurorunun müavini Sultan Al-Juwaiedin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Qonaqları salamlayan Baş Prokuror Kamran Əliyev qeyd edib ki, Azərbaycanla BƏƏ arasında möhkəm diplomatik münasibətlər var. Qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri hər zaman yüksək səviyyəsi, dialoq mühitində inkişaf tempi ilə diqqət çəkib.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyətindən bəhs edən Kamran Əliyev qeyd edib ki, bu beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

 

COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən noyabrın 15-də keçiriləcək "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyası barədə danışan tərəflər ətraf mühitin mühafizəsində hüquq-mühafizə orqanlarının qarşılıqlı əməkdaşlığının çox böyük rolu olduğunu qeyd ediblər.

 

Birləşmiş Ərəb Əmirliklərinin Baş Prokurorunun müavini Sultan Al-Juwaied səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkəmizdə keçirilən ən böyük iqlim konfransı, COP29-un Azərbaycanın sədrliyi ilə uğurla davam etdiyini vurğulayıb.

 

Sultan Al-Juwaied iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın bütün platformalarda genişlənəcəyinə əminliyini ifadə edib.

 

Qonaqlar Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub, onlara prokurorluğun fəaliyyətini əks etdirən müxtəlif guşələrdəki eksponatlarla bağlı ətraflı məlumat verilib.

 

Nümayəndə heyətinin Azərbaycanda işgüzar səfəri davam edir.


OXŞAR XƏBƏRLƏR

Bu səfər yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri, səfər çərçivəsində imzalanan “Azərbaycan...

Fransa dondurulmuş Rusiya aktivlərini öz müəssisəsi üçün istifadə edəcək

Fransa dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Parisin Kiyevə verdiyi “Caesar” özüyeriyən haubitsalarına xidmət etmək üçün istifadə edəc...

Bakıda bu məktəbdə “Son zəng” üçün pul yığılır? – RƏSMİ

Paytaxtdakı 207 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdı...

Ceyhun Mirzəyevin yeganə qızıMoskva küçələrində

"Ögey ana", "Fəryad" kimi məşhur filmlərdə rol alan mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyeva Moskvada küçədə yaşayır. &nbs...

Tərtərdə ağır qəza: Dörd nəfər xəsarət aldı

Tərtərdə baş vermiş yol-nəqliyyat hadisəsində 4 nəfər xəsarət alıb.   Sfera.az xəbər verir ki, qəza rayonun Sarıcalı kəndi ərazisində qeydə alın...

Növbəti 3 ay üçün əhaliyə XƏBƏRDARLIQ

Yay gəldi və təbiət öz rəngarəngliyi, günəşli günləri ilə bizi enerji ilə doldurmağa başladı! Lakin bu isti mövsüm təkcə dincəlmək, səyahət etmək üçün deyil, ey...