İtaliyada turistlərə təmiz hava satılmağa başlanılıb - FOTO


İtaliyada turistlərə təmiz hava satılmağa başlanılıb - FOTO

Komo gölü İtaliyanın ən mənzərəli yerlərindən biridir İtaliyada kommunikasiya şirkəti “ItalyComunica” müştərilərinə “mənzərəli Komo gölünün əsl havasını" təklif edir. 9,90 avroya (11 dollar) satılan bu qutu turistlərə fotoşəkillər, suvenirlər və təəssüratlardan əlavə, evlərinə çox qeyri-adi hədiyyə gətirmək imkanı verir.
 

Sfera.az bildirir ki, ideyanın müəllifi David Abagnaledir. Hər qutuda Komo gölündən toplanmış 400 millilitr “100% orijinal hava” var. Son illərdə çox populyarlaşan bu məkan həm də Corc və Amal Kluninin villası, Hollivud filmlərinin (Casino Royale və The House of Gucci) çəkiliş yeri olduğu üçün məşhurların sığınacağı kimi də yer alır.

Lombardiyanın turizm ofisinin məlumatına görə, keçən il dünyanın hər yerindən 5,6 milyondan çox insan Komo gölünü ziyarət edib.


 

Hava satışı ideyasının müəllifi marketinq üzrə mütəxəssis Davide Abagnale 2022-ci ildə bal ayında tonlarla San-Fransisko və Los-Anceles posterlərini gördükdən sonra ilk olaraq Komo gölünün afişalarını satan e-ticarət saytı yaradıb, daha sonra isə “konservləşdirilmiş havaya” keçib.


 

Davidenin sözlərinə görə, o, çamadanda asanlıqla daşına bilən orijinal, əyləncəli və hətta təxribat xarakterli suvenir yaradıb.


"Bu, bir məhsul deyil, ürəyinizdə daşıdığınız maddi bir xatirədir"-deyən Abagnale, turistlərin evə qayıdıb bankanı açdıqdan sonra onu yenidən suvenir qələm kimi istifadə edə biləcəklərini deyir.


Öz növbəsində, Komo şəhərinin meri Alessandro Rapinese hava satmaq fikrinə çox da həvəsli deyil. Onun sözlərinə görə, turistlərin bu bölgədə çox məşhur olan ipək yaylıqlar alması daha yaxşı olardı. Eyni zamanda, o, Abignalinin biznes ideyasına qarışmadığını da bildirir.
 

"Bu, yeni bir fikirdir, amma hamı üçün deyil. Ancaq İtaliyanın ən gözəl şəhərlərindən birinin meri kimi, kimsə öz havasının bir hissəsini evinə aparmaq istəyirsə, bu gözəl xatirələrdən də (ipək yaylıq-red.) götürsə, yaxşıdır” - deyə o bildirib.
 

Qeyd edək ki, hava ticarətinə qərar verən ilk Abagnale deyil. Məsələn, Neapolda yerli hava uzun illərdir ki, satılır. 2020-ci ildə bir Böyük Britaniya şirkəti xaricdəki Böyük Britaniya sakinlərinə ev dadını vermək üçün İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyadan "əsl" hava şüşələrini satmağa başlayıb.
 

Kənd olduğu kimi! Foto zarafatlar
 

İslandiyada turistlər bir qutu yerli hava da ala bilərlər. 2015-ci ildə oxşar məhsul Kanadada təklif edilib. Bu, xüsusilə Çindən gələn qonaqlar arasında məşhur olub.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ərdoğan və Zelenski görüşü başladı

Türkiyə və Ukrayna prezidentləri Rəcəb Tayyib Ərdoğan və Volodimir Zelenski arasında Ankarada danışıqlar başlayıb.   Sfera.az Türkiyə mediasına istinad...

Terror təşkilatlarını hansı ölkələr maliyyələşdirir? - SİYAHI

Son onilliklər ərzində beynəlxalq təhlükəsizlik üçün əsas təhdidlərdən biri terrorizmin artması və yayılması olub. Bu təhdidin daha da dərinləşməsində terror qr...

15 May - Beynəlxalq Ailə Günüdür

15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə 1993-cü ildən etibarən təsis edilən bu günün məqsədi ailə i...

Putinlə Ənvər İbrahim arasında “taxt” dialoqu - VİDEO - FOTO

Moskvaya səfər edən Malayziya Baş naziri Ənvər İbrahimlə Rusiya Prezidenti Vladimir Putin arasında maraqlı və gülməli dialoq yaşanıb.   Sfera.az &ldq...

Yaşıl Dünya hərəkatında Azərbaycanın rolu

May ayının 15-i bütün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd edilir. Belə bir xüsusi günün təsis edilməsində əsas məqsəd indiki və gələcək nəsillərin rifahına ...

Koronavirus yenidən QAPIDA - Yoluxmalarla bağlı SON RƏQƏMLƏR

Xəbər verdiyimiz kimi, Kənd təsərrüfatı naziri Məcnun Məmmədov koronavirusa (COVID-19) yoluxub. Nazir bu səbəbdən Bakıda keçirilən “Caspian Agro...