"Kurtlar Vadisi Pusu" serialı geri qayıdır - Vaxt açıqlandı

Türkiyədə reytinq rekordları qıran "Kurtlar Vadisi Pusu” serialı böyük ehtimalla yanvar ayından yayımlanacaq.

Sfera.az xəbər verir ki, "Milliyet” qəzetinin əməkdaşı Sefa Karahasan sonuncu köşə yazısında məlumat verib. O bildirib ki, əslində  serial sentyabr ayında"Kurtlar Vadisi Kipr” adıyla tamaşaçıların görüşünə gələcəkdi. Hətta filmin iki seriası da çəkilmişdi. Serialın sujet xətti 1974-cü ildə baş verən hərbi çevriliş və ondan sonra baş verən hadisələrdən danışacaqdı.

Amma 15 iyul hadisələrindən sonra kino barədə ortaya çıxan iddia və digər diplomatik əngəllər serialın efira çıxmasına mane olub. "Pana Film”in 15 iyuldan əvvəl "Kurtlar Vadisi Darbe” adının müəllif hüququ ilə bağlı müraciət etməsi bəzi dairələri narahat edib. Onlar iddia edib ki, şirkət rəhbərliyinin hərbi çevrilişə cəhd olacağından əvvəlcədən xəbəri olub.

Bildirilir ki, artıq kinonun yayımlanması ilə bağlı yaranan əngəllər tamamilə aradan qalxıb. Serialın hansı kanalda yayımlanacağı hələ ki, məlum deyil. "Pana Film” Kurtlar Vadisi Kipr”lə yanaşı "Kurtlar Vadisi Darbe” serialının çəkilə biləcəyini də istisna etmir.



OXŞAR XƏBƏRLƏR

Melaniya Tramp uzun müddət sonra qəfil həyat yoldaşının yanına qayıdıb

ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp Ağ Evdən və ictimai məkandan çox uzun müddət uzaqlaşmasından sonra bir araya gəliblər. Sfe...

İngiltərəni sarsıdan cinayət hekayəsi: İtmiş Lord, ölü dayə və Ledi Lukan

1974-cü ildə İngiltərədə bir qətl törədilib, bir Xanım ölümdən dönüb və bir Lord itkin düşüb. Sfera.az İngiltərəni sarsıdan və hələ də sual işarələri ilə d...

Madridin mərkəzində qeyri-adi xilasetmə əməliyyatı

Bir neçə gün əvvəl köməyə çağırış alan İspaniyanın paytaxtı Madrid şəhərinin yanğınsöndürmə xidmətinin işçilərinin başına heyrətamiz hekayə gəlib. Belə ki, hadi...

5 nəfərlik dəstə "Amerika" adlı qızıl tualet oğurladı - FOTO

Britaniyada 2019-cu ildə Blenheim sarayından qızıl unitaz oğurlayan oğrular mühakimə olunub. Sərginin bir hissəsi olan unitazın özü heç vaxt tapılmayıb.  ...

Yarasa yəməklə yaranan naməlum xəstəlik 48 saatda öldürür

Konqonun şimal-qərbində naməlum xəstəlik bir çox insanın həyatına son qoyub. Hadisə yerində olan həkimlərin və Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, s...

Yuxusunda cek-pot udduğunu gördü: Oyandıqda şoka düşdü

ABŞ-ın Stenli şəhərindən olan Robert Hoban lotereyada udmağı o qədər xəyal edib ki, bir gecə yatmazdan əvvəl sırf bu barədə fikirləşərək yuxuya gedib. Yuxusunda...