Moskva Almaniya səfirini XİN-ə çağırdı

Moskva Almaniya səfirini XİN-ə çağırdı

Bazar ertəsi Rostok şəhərində yeni taktiki dəniz qərargahının açılışı olub. Qərargahda xüsusilə NATO-nun tapşırıqları yerinə yetiriləcək. 

 

Sfera.az bildirir ki, yeni hərbi baza səbəbindən ötən gün Rusiya Xarici İşlər Nazirliyi Almaniyanın Moskvadakı səfiri Aleksandr Qraf Lambsdorffu çağıraraq ona etiraz edib.

 

Ruslar iddia edirlər ki, Rostok şəhərində yeni hərbi-dəniz qərargahının açılması NATO-nun keçmiş Şərqi Almaniyada infrastrukturunun genişləndirilməsidir və 1990-cı ildə Almaniyanın birləşdirilməsi zamanı əldə edilmiş müqaviləni pozur.

 

KİV qeyd edir ki, əslində yeni baza NATO-nun qərargahı sayıla bilməz, əksinə, bu, Almaniyanın hərbi dəniz qüvvələrinin beynəlxalq iştiraklı qərargahıdır. Rostok NATO qoşunları üçün daimi yer olmayacaq.

 

Bununla belə, Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Rostok şəhərində qərargahın istifadəyə verilməsi Almaniyanın birləşməsi zamanı bağlanmış 1990-cı ildə bağlanmış və Rusiya qoşunlarının yerləşdirilməsini qadağan edən sazişi pozur.Ruslar həmçinin bu ərazidə NATO-nun hərbi infrastrukturunun genişləndirilməsinin mənfi nəticələrə səbəb olacağını bildiriblər və rəsmi Berlindən izahat tələb ediblər.


Rostok şəhərində hansı məqsədlə qərargah açılıb? 


Bazar ertəsi qərargahın açılışında iştirak edən Almaniya Federal Müdafiə Naziri Boris Pistorius bildirib ki, bu, dəniz təhlükəsizliyi və NATO-nun şərq cinahının müdafiəsi üçün əvəzolunmazdır. Baltik dənizi regionu demək olar ki, hər gün Rusiya tərəfindən müdaxiləyə məruz qalır. Qərargah regiondakı vəziyyətə nəzarət edəcək və NATO müttəfiqlərinin dəniz fəaliyyətini təşkil edəcək.

 

"Qərargah sülh, böhran və müharibə dövründə dəniz əməliyyatlarına rəhbərlik edir" -deyə Pistorius bildirib. 

 

Alman admiralı Ştefan Qeyş növbəti 4 il müddətinə yeni qərargahın rəhbəri təyin edilib. Sonra Polşa və İsveç öz növbələrini alacaqlar.


Pistoriusun sözlərinə görə, Rusiya Hərbi Hava Qüvvələri Almaniya və onun tərəfdaşlarının hava məkanında qəsdən təxribat törədir və pozur. Rusiya tədqiqat gəmiləri tez-tez infrastruktura, boru kəmərlərinə və külək stansiyalarına şübhəli şəkildə yaxınlaşır.

 

Aynil 


OXŞAR XƏBƏRLƏR

"Real"ın gənc uluzuna cinayət işi açıldı

"Real"ın gənc ulduzu Raul Asensio və onun klubun gənclərdən ibarət kollektivindəki keçmiş komanda yoldaşlarına qarşı cinayət işi açılıb.  ...

Ötən ay ən çox şikayət olunan banklar - Siyahı

Azərbaycan Mərkəzi Bankı (AMB) cari ilin aprel ayı ərzində bank müştәrilәrinin bank xidmәtlәrindәn istifadәsi üzrә şikayәt indeksini acıqlayıb.   Sfe...

“Haka” rəqsi edən deputatlar cəzalandırıldı - "Bu ən sərt qərardır"

Yeni Zelandiya parlamentində keçirilən iclas zamanı “Haka” rəqsi edərək mübahisəli qanun layihəsinə etiraz edən üç deputata cəza verilməsi tövsiyə o...

Azərbaycanda ən yüksək maaş bu şəhərdədir - Bakı sıralamada ikincidir

2025-ci ilin aprelin 1-nə olan məlumata əsasən, Azərbaycanda ortaaylıq maaş 1084 manatdır. Bəzi şəhər və rayonlarda orta maaş səviyyəsi bu həddən yüksəkdir.&nbs...

Aparıcı Zaurla Günayın xaricə köçməsi iddiasına ATV-dən REAKSİYA

Tanınmış telejurnalist, ATV-nin “Bizimləsən” və “Zaurla Günaydın” verilişlərinin aparıcısı Zaur Baxşəliyevin müəllifi olduğu proqramları...

Zelenskidən Putinə MESAJ: "Mən burdayam!" – VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfərini Rusiya lideri Vladimir Putin üçün "çox aydın siqnal" adlandırıb.   Sfera.az x...