Logo

Türkiyə və ABŞ səfirlikləri Hidayəti belə TƏBRİK ETDİ

Türkiyə və ABŞ səfirlikləri Hidayəti belə TƏBRİK ETDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin Azərbaycandakı səfirliyi cüdoçu Hidayət Heydərovu Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə təbrik edib.

Sfera.az xəbər verir ki, bu barədə səfirliyin X hesabında paylaşım edilib.

“Paris-2024 Yay Olimpiya Oyunlarında cüdo kateqoriyasında qızıl medal qazanan və Azərbaycan bayrağını Fransada dalğalandıran Hidayət Heydərovu ürəkdən təbrik edirik”, - paylaşımda qeyd edilib.

ABŞ-nin Azərbaycandakı səfirliyi də bu münasibətlə feysbukda paylaşım edib.

Paylaşımda deyilir: “Hidayət Heydərovu qızıl medal qazanması münasibətilə təbrik edirik! Fədakarlıq və zəhmət həqiqətən öz bəhrəsini verdi. Bu möhtəşəm nailiyyətdən zövq alın - bu sizin istedadınızın və əzmkarlığınızın sübutudur. Azərbaycan Komandasını da bu qələbə ilə təbrik edirik - qarşıda daha çox uğurlar və qızıl medallar ümidi ilə!”

Xatırladaq ki, ötən gün Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR