"Mançester Yunayted" qışda Eyden Hevenlə yollarını ayıra bilər
Kateqoriya məlum deyil
"Mançester Yunayted"in futbolçusu Eyden Heven qış transfer dönəmində klubdan ayrılmağı planlaşdırır.
Sfera.az xəbər verir ki, 20 yaşlı müdafiəçi icarə əsasında keçidə üstünlük verir.
Lakin oyunçunun İngiltərə təmsilçisindən tam ayrılması da istisna olunmur. "Fulhem" və İspaniyanın "Barselona" klubu E.Hevenlə maraqlanır.
Xatırladaq ki, futbolçunun klubla müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir. O, cari mövsüm bütün turnirlərdə 8 oyuna çıxıb.






