BP-nin vitse-prezidenti Bakıya GƏLDİ

BP-nin vitse-prezidenti Bakıya GƏLDİ

BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel 29-cu Bakı Enerji Həftəsi və Forumunda iştirak etmək üçün Bakıda planlaşdırılmış üçgünlük işgüzar səfərdədir.

 

Sfera.az-ın “BP-Azerbaijan” şirkətinə istinadən verdiyi məlumata görə, Q. Birrelin səfər proqramı sabah Enerji Həftəsinin açılışı ilə başlayır. Bu tədbirdə Q. Birreli BPp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qəri Counz və şirkətin regional rəhbərliyinin digər üzvləri də qoşulacaqlar.

 

Builki Enerji Həftəsində BP fəxrlə dünya səviyyəli “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının 30-illik uğur hekayəsini təqdim edəcək. AÇG-nin əməliyyatçısı olaraq bp bu nəhəng yatağın Azərbaycanın müstəqilliyini dəstəkləyən, xalqın həyatını dəyişdirən və ölkənin dayanıqlı gələcəyini təmin edən bir milli sərvətə çevrilməsində mühüm rol oynayıb.

 

BP-nin stendində Q. Birrel və Q. Counz AÇG-nin keçdiyi möhtəşəm tarixi yola nəzər salacaq və müxtəlif texnologiyaların köməyi ilə yataqdan maksimum neftverməyə nail olmaq üçün şirkətin hazırda gördüyü işlər haqqında məlumat verəcəklər. Onlar həmçinin BP-nin regiondakı digər layihələri, o cümlədən beş cinahın sonuncusu olan şərq-şimal cinahından bu yaxınlarda hasilata başlamış nəhəng “Şahdəniz” qaz yatağının işlənməsi layihəsi üzrə görülən işlərin hazırkı vəziyyəti ilə bağlı məlumatları bölüşəcəklər.

 

Səfər çərçivəsində Q. Birrelin həmçinin bir sıra şirkətxarici görüşləri, BP-nin regional rəhbərliyinin üzvləri ilə biznes prioritetlərinin müzakirəsi və yerli televiziya ilə planlaşdırılmış bir müsahibəsi də gözlənilir.


OXŞAR XƏBƏRLƏR

Hərbçilərimiz Türkiyəyə yollandı - VİDEO

Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azər...

Bu səfər yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri, səfər çərçivəsində imzalanan “Azərbaycan...

Fransa dondurulmuş Rusiya aktivlərini öz müəssisəsi üçün istifadə edəcək

Fransa dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Parisin Kiyevə verdiyi “Caesar” özüyeriyən haubitsalarına xidmət etmək üçün istifadə edəc...

Bakıda bu məktəbdə “Son zəng” üçün pul yığılır? – RƏSMİ

Paytaxtdakı 207 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdı...

Ceyhun Mirzəyevin yeganə qızıMoskva küçələrində

"Ögey ana", "Fəryad" kimi məşhur filmlərdə rol alan mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyeva Moskvada küçədə yaşayır. &nbs...

Tərtərdə ağır qəza: Dörd nəfər xəsarət aldı

Tərtərdə baş vermiş yol-nəqliyyat hadisəsində 4 nəfər xəsarət alıb.   Sfera.az xəbər verir ki, qəza rayonun Sarıcalı kəndi ərazisində qeydə alın...