Zibil qisası: Şimali Koreya Cənubi Koreyaya 150 top şarında peyin göndərdi

Zibil qisası: Şimali Koreya Cənubi Koreyaya 150 top şarında peyin göndərdi

Şimali Koreya Cənubi Koreyadan qisas almaq üçün Koreyalararası sərhəddən 150-dən çox zibil balonu göndərib. Buna səbəb isə Cənubi Koreyanın Şimal vətəndaşlarını diktatura rejiminə qarşı ayağa qalxmağa təşviq etmək üçün vərəqələr yayması olub. 

 

Sfera.az bildirir ki, “hədiyyələr” arasında plastik şüşələr, batareyalar, ayaqqabı qırıntıları və hətta peyin də olub. Şimali Koreya bildirib ki, Pxenyana qarşı vərəqələrin paylanmasına qarşı mübarizənin bir hissəsi olaraq sərhəd bölgələrinə tullantılar və zibil səpələyir.

 

Mayın 28-də axşam hava şarları sərhədi keçərək ölkənin müxtəlif yerlərinə düşüb. Şarlar hətta Cənubi Koreyanın ən uzaq bölgələrindən birinə - Cənubi Kyonsanq əyalətinin Padaya şəhərinə çataraq, bütün zibilləri yerə səpələyib.

 

Zibillər ətraflı təhlil üçün toplanıb.

 

"Şimali Koreyanın bu hərəkətləri açıq şəkildə beynəlxalq hüququ pozur və xalqımızın təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Biz Şimali Koreyaya qeyri-insani və vulqar hərəkətinə dərhal son qoyması üçün ciddi xəbərdarlıq edirik"- Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri (JCS) bəyanatında bildirib.


JCS bu ərazilərdə yaşayan sakinlərə obyektlərə toxunmamağı və onları aşkar etdikləri təqdirdə, yaxınlıqdakı hərbi və ya polis orqanlarına xəbər verməyi tövsiyə edib. Şarların düşdüyü ərazilərə zərər verə biləcəyi barədə xəbərdarlıq edilib.


Qeyd edək ki, bir müddət əvvəl illərdir Cənubi Koreyadakı Şimali Koreyalı qaçqınlar və mühafizəkar fəallar Şimali Koreyalıları nəhayət Pxenyan rejiminə qarşı üsyan etməyə təşviq etmək üçün şarlarda Şimala vərəqələr göndərirdilər.


Şimali Koreya dəfələrlə vərəqə kampaniyasına son qoymağa çağırıb. Məsələ uzun müddətdir ki, texniki cəhətdən hələ də müharibə şəraitində olan iki Koreya arasında gərginlik mənbəyi olub.


Xatırladaq ki, 1950-53-cü illərdə Koreya müharibəsi sülh müqaviləsi ilə deyil, atəşkəslə başa çatıb.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR