Ən qədim xərçəng əməliyyatının sübutu tapıldı - FOTO

Qədim misirlilərin təxminən 4500 il əvvəl xərçəngi müalicə etməyə çalışdıqları məlum olub.
Sfera.az xəbər verir ki, alimlər bunun xəstəliklə bağlı ilk məlum cərrahi əməliyyat olduğunu deyiblər.
Tibb sahəsindəki nailiyyətləri ilə tanınan Qədim misirlilərin xəstəliklərin müalicəsi ilə yanaşı, protez və diş plomblarından da istifadə etdiklərinə dair sübutlar da var idi.
Misirdə daha əvvəl kəşf edilən təxminən 3600 illik Edvin Smit papirusunda “müalicəsi olmayan ağır bir xəstəlikdən” bəhs edilir. Bəzi elm adamları bunun xərçəng olduğunu düşünsələr də, bu qeyd xərçəngin ən qədim növü hesab olunur.
“Frontiers in Medicine” jurnalında bu gün dərc edilən araşdırmanı aparan qrup, xərçəng izləri olan kəllə sümüyündə müalicə məqsədilə istifadə oluna biləcək əlamətlər aşkar edib.
Gizada tapılan kəllə nümunəsinin eramızdan əvvəl 2686-cı ildən eramızdan əvvəl 2345-ci ilə qədər yaşamış 30-35 yaşlı kişiyə aid olduğu güman edilir.
Nümunədə böyük bir şişə əlavə olaraq, tədqiqatçılar kəsik izləri müşahidə ediblər. Metal kimi iti bir alətin belə iz buraxdığını düşünən alimlər qədim misirlilərin xərçəng üçün cərrahi əməliyyatlar etdiklərini güman ediblər.
Digər tərəfdən, əməliyyatların ölümdən əvvəl və ya sonra həyata keçirildiyini müəyyən etmək mümkün olmadığından, onların məqsədi dəqiq bilinmir.
İnci