Saat 23:59-dək... - Abituriyentlərin DİQQƏTİNƏ! 

Saat 23:59-dək... - Abituriyentlərin DİQQƏTİNƏ! 

Ali təhsil müəssisələrinin (V ixtisas qrupu), tam (11 illik) orta və ümumi (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə abituriyentlərin (subbakalavrların) qeydiyyatı bu gün başa çatır.

 

Bu barədə Sfera.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, abituriyentlər (subbakalavrlar) 29 may saat 23:59-dək müvafiq keçidə daxil olub qeydiyyatdan keçə bilərlər.

 

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə məlumatlar “Abituriyent” jurnalının xüsusi buraxılışlarında təqdim olunub.

 

Qabiliyyət imtahanlarının iyun – avqust aylarında keçirilməsi nəzərdə tutulur. DİM-in internet səhifəsində abituriyentlərə (subbakalavrlara) “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə biləcəkləri tarixlər haqqında məlumat veriləcək. “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə qabiliyyət imtahanlarının tarixi, keçiriləcəyi ünvan və vaxt göstəriləcəkdir.

 

Qeyd edək ki, xüsusi qabiliyyət imtahanları ilə bağlı daha geniş məlumatla elanın tam mətnində tanış olmaq mümkündür.


Fidan


OXŞAR XƏBƏRLƏR

100 milyonluq təklifi rədd etdi: Planı var

"Bayern"in vingeri Leroy Sane Səudiyyə Ərəbistanından gələn cəlbedici təklifi rədd edib.   Sfera.az xəbər verir ki, bu barədə "Sk...

Azərbaycan Əfqanıstanda sabitliyi və təhlükəsizliyi dəstəkləyir - DTX rəisi

Azərbaycan hər zaman Əfqanıstanda daxili siyasi sabitliyin və təhlükəsizliyin təmin olunması üçün irəli sürülən beynəlxalq təşəbbüsləri dəstəkləyib.   ...

Xərçəng xəstəliyinin yen müalicə üsulu KƏŞF OLUNDU

Birləşmiş Ştatların Detroyt şəhərindəki “Corewell Health” tibb mərkəzinin mütəxəssisləri tərəfindən yeni xərçəng müalicəsi üsulu uğurla istifadə edi...

Sökülən evlərə görə təzminat belə hesablanır

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə, Bakı şəhəri üzrə 194 qəzalı və kəskin qəzalı binanın sökülməsi nəzərdə tutulur. Bundan başqa, ayrı...

Sakit okeanda 15 metrlik sirli monolit tapılıb - FOTO

ABŞ Milli Okean və Atmosfer İdarəsinin (NOAA) tədqiqatçıları Sakit okeanının dibində, Havay adalarının şimal-qərbində yerləşən "Papahanaumokuakea" dən...

Trampın impiçmenti ilə bağlı təklif Nümayəndələr Palatasındadır

ABŞ Prezidenti Donald Trampın impiçmenti ilə bağlı təklif Nümayəndələr Palatasına daxil olub.    Sfera.az xəbər verir ki, bu barədə Miçiqan konq...