Ümumdünya Sağlam Qidalanma Günüdür - Azərbaycanda hansı tədbirlər görülür?

Ümumdünya Sağlam Qidalanma Günüdür - Azərbaycanda hansı tədbirlər görülür?

Mayın 29-u Ümumdünya Həzm və ya Ümumdünya Sağlam Qidalanma Günüdür.

 

Sfera.az bildirir ki, həmin gün Ümumdünya Qastroenteroloqlar Təşkilatının təşəbbüsü ilə təsis olunub.

 

Təşkilat 1935-ci ildə qastroenteroloqların Brüsseldə keçirilən birinci Beynəlxalq Konqresində yaradılsa da, onun rəsmi təsis tarixi 1958-ci il mayın 29-u hesab olunur. Belə ki, həmin vaxt Vaşinqtonda keçirilən Qastroenteroloqların Birinci Dünya Konqresində təşkilatın nizamnaməsinin qəbul edildiyi günün Sağlam Qidalanma Günü elan edilməsi qərara alınıb.

 

Beynəlxalq qeyri-hökumət, peşəkar tibb federasiyası olan Ümumdünya Qastroenteroloqlar Təşkilatı yüzdən çox milli cəmiyyəti və dörd regional assosiasiyanı birləşdirir. Qurumun 50 mindən çox fərdi üzvü var.

 

Ümumdünya Sağlam Qidalanma Gününü qeyd etməkdə əsas məqsəd əhali arasında maarifləndirmə tədbirləri aparmaq, ictimaiyyətin diqqətini həzm pozulması səbəbindən yaranan problemlərə yönəltmək, o cümlədən hər il qastroenteroloji xəstəliklərin sayının çoxalması barəsində xəbərdarlıq etməkdir.


Statistika göstərir ki, dünyada əhalinin 50-60 faizi düzgün olmayan həyat tərzi nəticəsində həzm sistemi orqanlarının xəstəliklərindən əziyyət çəkir. Böyük şəhərlərdə həmin rəqəm 90 faizə çatır. Qıcqırma, köp, mütəmadi təkrarlanan qarın ağrısı həzm pozuntusu əlamətləri sayılır. Həmçinin düzgün qidalanmamağın nəticələri özünü piylənmə, maddələr mübadiləsinin pozulması və digər xəstəliklərlə büruzə verir. Həmin problemlərdən qorunmaq üçün qastroenteroloq və diyetoloqların məsləhət gördüyü əsas üsullardan biri də profilaktikadır. Profilaktik tədbirlərin əsası zərərli vərdişlərdən və azhərəkətli həyat tərzindən imtina etmək, stressdən uzaq olmaq, fiziki fəallığı artırmaq, rejim və qidalanma rasionuna diqqət etməkdən ibarətdir.

 

Azərbaycanda sağlam qidalanmanın təşviqi məqsədilə müxtəlif addımlar atılır. Ölkəmizdə aktiv həyat tərzinin təbliği, düzgün qidalanma, insan sağlamlığı üçün ziyanlı olan plastik qablaşdırıcılardan istifadənin azaldılması, zərərli vərdişlərdən imtina istiqamətində tədbirlər görülür. Sağlam qidalanmanın təbliği ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi müxtəlif layihələr həyata keçirir.

 

Fidan
 


OXŞAR XƏBƏRLƏR

"Əfqanıstanda destruktiv cəhdlərin qarşısı alınmalıdır" - Əli Nağıyev

"Əfqanıstanda vəziyyətin gərgin qalmasında maraqlı olan pozucu qüvvələrin və terror qruplaşmalarının destruktiv cəhdlərinin qarşısının alınmalıdır". ...

100 milyonluq təklifi rədd etdi: Planı var

"Bayern"in vingeri Leroy Sane Səudiyyə Ərəbistanından gələn cəlbedici təklifi rədd edib.   Sfera.az xəbər verir ki, bu barədə "Sk...

"Azərbaycan Əfqanıstanda sabitliyi və təhlükəsizliyi dəstəkləyir" - DTX rəisi

Azərbaycan hər zaman Əfqanıstanda daxili siyasi sabitliyin və təhlükəsizliyin təmin olunması üçün irəli sürülən beynəlxalq təşəbbüsləri dəstəkləyib.   ...

Xərçəng xəstəliyinin yen müalicə üsulu KƏŞF OLUNDU

Birləşmiş Ştatların Detroyt şəhərindəki “Corewell Health” tibb mərkəzinin mütəxəssisləri tərəfindən yeni xərçəng müalicəsi üsulu uğurla istifadə edi...

Sökülən evlərə görə təzminat belə hesablanır

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə, Bakı şəhəri üzrə 194 qəzalı və kəskin qəzalı binanın sökülməsi nəzərdə tutulur. Bundan başqa, ayrı...

Sakit okeanda 15 metrlik sirli monolit tapılıb - FOTO

ABŞ Milli Okean və Atmosfer İdarəsinin (NOAA) tədqiqatçıları Sakit okeanının dibində, Havay adalarının şimal-qərbində yerləşən "Papahanaumokuakea" dən...