“Crescent Mall”da yeni “McDonald's” restoranının açılışı oldu - FOTO

“Crescent Mall”da yeni “McDonald's” restoranının açılışı oldu - FOTO

Mayın 28-də “Crescent Mall” ticarət mərkəzinin fudkortunda sayca 25-ci “McDonald's” Azərbaycan restoranının açılışı baş tutub.

 

Sfera.az xəbər verir ki, müasir mühəndis və texnoloji həllərdən istifadə edilməklə layihələndirilmiş yeni “McDonald's” restoranı qida sənayesi sahəsində mövcud ən son texnologiyaların tələblərinə cavab verən avadanlıqlarla təchiz olunub. Qonaqlara çevik və operativ xidmət göstərmək üçün şəbəkənin digər restoranlarında olduğu kimi burada da kassa aparatlarından əlavə interaktiv özünəxidmət köşkləri quraşdırılıb.

 

Bu restoranın açılışı ilə 90-dan çox yeni iş yeri yaradılıb. Aparıcı ictimai iaşə şəbəkələrindən biri olaraq, “McDonald’s Azərbaycan” şirkəti ümumilikdə 2500 nəfərdən çox Azərbaycan vətəndaşını iş yeri ilə təmin edir.

 

Azərbaycana sərmayə yatıran ilk qlobal brendlərdən biri olan “McDonald’s” şirkəti 25 ildir ki, yerli istehsalın genişlənməsinə xidmət etməklə, ölkənin qeyri-neft sektorunun inkişafına öz töhfəsini verir.

 

“McDonald's” Azərbaycanın tədarük və logistika, işəgötürmə kimi iqtisadiyyatın müxtəlif sektorlarından olan 100-dən çox yerli şirkətlə, eləcə də informasiya texnologiyaları, marketinq və s. şirkətlərlə davamlı əməkdaşlığı da xüsusi əhəmiyyət kəsb edir.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...

Elnarə buna görə toylara getmir

“Dənizdə damla olmağı sevməmişəm. Heç kimin etmədiyini etmişəm. Fərqlənməyi sevirəm”.   Sfera.az xəbır verir ki, bu sözləri müğənni Elnar...