Addison xəstəliyi nədir və necə müalicə olunur?

Addison xəstəliyi nədir və necə müalicə olunur?

Addison xəstəliyi bütün yaş qruplarında və həm qadınlarda, həm də kişilərdə müşahidə edilir.

 

Sfera.az xəbər verir ki, bu xəstəlik orqanizmdə müəyyən hormonlar kifayət qədər istehsal olunmadığı zaman ortaya çıxan nadir bir problemdir və xəstəliyin simptomları bir neçə ay ərzində asta-asta inkişaf edir.

 

1855-ci ildə Thomas Addison tərəfindən təsvir edilən xəstəlik, otoimmün, vərəm və ya göbələk infeksiyası səbəbindən böyrəküstü vəzilərin qabığının zədələnməsi nəticəsində yaranır.

 

Zəiflik, qan azlığı, arıqlama, mədə-bağırsaq pozğunluğu, qan təzyiqinin aşağı düşməsi, dərinin qaralması, bəzi xəstələrdə isə həddindən artıq əsəbilik və həssaslıq ilə müşahidə edilir.

 

Əvvəllər bu xəstəlik ölümcül olsa da bu gün, əsasən, sintetik hormonlarla müalicə olunur. Addison xəstəliyinin bütün müalicə variantlarında dərman tələb olunur və fərdin bədəninin istehsal etmədiyi steroid hormon səviyyələrini düzəltmək üçün şəxsə hormon əvəzedici terapiya verilir.

 

Bəzi müalicə variantları isə kortikosteroidləri ağızdan qəbul etməkdir. Məsələn, kortizolun əvəzinə hidrokortizon, prednizon və ya metilprednizolon verilə bilər. Bu hormonlar kortizol səviyyələrinin normal 24 saatlıq dəyişməsini təqlid edəcək bir cədvəl üzrə verilir. Aldosteronu əvəz etmək üçün fludrokortizon asetat verilir.

 

Fərd gündəlik qidalanma prosesində, xüsusilə ağır idman zamanı, havanın isti olduğu və ya ishal kimi mədə-bağırsaq xəstəlikləri zamanı həkiminizin tövsiyə etdiyi miqdarda duz, yəni natrium qəbul etməli olacaq.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR