Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
![Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI](https://sfera.az/photo/orginal/2024/05/18/1716041589_8jpg-1664256523.jpg)
Cəmiyyət
18:10 / 18.05.2024
5878
Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi polkovnik Nəriman Cabbarov sərəncama götürülüb.
Sfera.az-ın məlumatına görə, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.
Qeyd edək ki, Nəriman Cabbarov hazırda həbsdə olan Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovdan sonra bir müddət həmin vəzifəni icra edib, sonra isə nazirin əmri ilə adıçəkilən idarəyə rəis təyin olunub.
Xatırladaq ki, Nəriman Cabbarov bundan öncə MN-nin Satınalma və Təchizat İdarəsinin rəis müavini vəzifəsində işləyib. (Unikal)