Türkiyədə kibertəhlükəsizlik konfransı: Azərbaycanı DTX və AKTA təmsil ETDİ - FOTO

Türkiyədə kibertəhlükəsizlik konfransı: Azərbaycanı DTX və AKTA təmsil ETDİ - FOTO

Ankarada Türkiyənin İnformasiya Texnologiyaları və Kommunikasiya Təşkilatı (BTK), Milli Kiber İnsidentlərlə Mübarizə Mərkəzi (USOM), Türkiyə Kiber Təhlükəsizlik Klastrı və sahə üzrə fəaliyyət göstərən bir sıra Türkiyə şirkətlərinin təşkilatçılığı və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) dəstəyi ilə “Hacktrick” adlı kibertəhlükəsizlik konfransı, 19 may tarixinədək davam edəcək yarış və təlimlərin açılış tədbiri keçirilib.

 

Sfera.az xəbər verir ki, açılış tədbirində Türkiyənin aidiyyəti qurum və təşkilatlarının rəhbərləri və rəhbər vəzifəli şəxsləri ilə yanaşı, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov çıxış edib.

 

O, Azərbaycanın kibertəhlükəsizlik ekosistemi, eləcə də ölkədə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması və kibertəhdidlərə qarşı mübarizə sahəsində atılmış addımlar barədə məlumat verib. Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin 14 fevral tarixində baş tutan andiçmə mərasimində etdiyi çıxışa diqqət çəkən D.Rüstəmov kibertəhlükəsizliyin təmin olunmasında beynəlxalq və regional əməkdaşlığın, xüsusilə də Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

 

Daha sonra kibertəhlükəsizliklə əlaqədar bir sıra çıxışlar və panel müzakirələri baş tutub. Konfransda, həmçinin Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin - Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın aidiyyəti qurum və təşkilatlarının nümayəndələrinin iştirakı ilə ayrıca panel müzakirəsi təşkil olunub.

 

Panel müzakirələrində ölkəmiz təşkilatçılığa dəstək vermiş Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) İdarə Heyətinin sədri Elvin Balacanov və Baş katib Fidan Əhmədova tərəfindən təmsil olunub. AKTA sədri paneldə çıxış edərək Azərbaycanda kibertəhlükəsizliyin təmin olunması məqsədilə atılmış addımlar və bu sahədə AKTA-nın fəaliyyəti, eləcə də TDT ölkələri ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilmiş və nəzərdə tutulmuş fəaliyyətə dair məlumat verib.

 

Mayın 19-dək Ankarada davam edəcək silsilə tədbirlər çərçivəsində tələbə və gənclər üçün kibertəhlükəsizlik təlimləri və CTF yarışı da təşkil olunur. Təlimlər və CTF yarışında Türkiyədən olan gənclərlə yanaşı, Azərbaycan, Qazaxıstan və Özbəkistandan olan tələbə və gənclər də iştirak edir.

 

Qeyd etmək lazımdır ki, Türk Dövlətləri Təşkilatı (TDT) kontekstində kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək növbəti tədbir - 3-cü Milli Kibertəhlükəsizlik Forumu isə cari il iyunun 1-də AKTA tərəfindən Bakıda təşkil olunacaq

 


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...