Türkiyədə yol qəzası - 11 nəfər YARALANDI

15:40 / 18.05.2024
2107
Türkiyənin Sivas şəhərində yol qəzası olub.
Sfera.az “İhlas” xəbər agentliyinə istinadən xəbər verir ki, hadisə Sivas-Kayseri yolunda qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində 11 nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Yaralıların həyatı üçün təhlükənin olmadığı bildirilir.
Qəzanın səbəbi hələ məlum deyil.