DİN-dən Anastasiya ilə bağlı AÇIQLAMA

DİN-dən Anastasiya ilə bağlı - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş Anastasiya Bektimirova videomüraciət yayıb.

 

DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, vətəndaş Anastasiya Bektimirovanın müraciəti nəzarətə götürülməklə, onu narahat edən halların aradan qaldırılması üçün aidiyyəti hüquq-mühafizə orqanları ilə birgə tədbirlər görülür.

 

Bildirilib ki, 2022-ci il dekabrında Yalçın Bektimirovun A.Bektimirovaya sol gözün konyuktiva qişası altında qansızma ilə müşayiət olunan sol göz yuvası nahiyəsinin qançırı, sol saidin və sol əlin qançırları xəsarətləri yetirib qəsdən onun sağlamlığına yüngül zərər vurması faktı ilə bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa yüngül zərər vurma maddəsi ilə cinayət işi başlanılıb.

 

İstintaqla Y.Bektimirovun A.Bektimirovanı mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməsi müəyyən edildiyindən cinayət əməli Cinayət Məcəlləsinin əzab vermə, işgəncə verməklə törədildikdə maddəsinə tövsif edilib və 2023-cü ilin avqustunda Y. Bektimirov həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Cinayət işi üzrə dəfələrlə təyin edilən təkrar və komisyon məhkəmə-tibbi ekspertizasının rəylərində göstərilib ki, A.Bektimirovada sol gözün sklerasının rupturasına (cırılmasına), həmin gözün təbii qidalanmasının dayanmasına, funksiyasının tamamilə itməsinə, gözün orqan kimi sıradan çıxmasına - amputasiyasına və protezləşməsinə səbəb, onun 2022-ci ilin dekabrında aldığı xəsarət deyil, travmadan əvvəl düçar olduğu xroniki uveitin fəsadı olaraq terminal qlaukoma xəstəliyidir.

 

2023-cü ilin oktyabrında cinayət işi ibtidai istintaqı tamamlanaraq məhkəməyə göndərilib və məhkəmənin 14 mart 2024-cü il tarixli hökmü ilə Y.Bektimirov Cinayət Məcəlləsinin əzab vermə maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...

Elnarə buna görə toylara getmir

“Dənizdə damla olmağı sevməmişəm. Heç kimin etmədiyini etmişəm. Fərqlənməyi sevirəm”.   Sfera.az xəbır verir ki, bu sözləri müğənni Elnar...