\"Qohum nikahları ilə bağlı maarifləndirmədə əsas yük jurnalistlərin üstünə düşür\" - Əflatun Amaşov

\

“Bizdə əvvəldən deyilib ki, sizin nikahınız göydə kəsilib. Digər dinlərdə müəyyən qadağalar qoyulub”. 

 

Sfera.az xəbər verir ki, bunu “Qohum nikahları ilə bağlı” ictimai müzakirə zamanı “Xalq qəzeni”nin baş redaktoru Əflatun Amaşov deyib. 

 

“Azərbaycanın uzaq kəndində yaşayan qız nə dərəcə dünyagörüşlü insanla tanış olur? Əgər hər bir valideyn bilsə ki, uşaqları qohumla evlənəndə hansı problemlə üzləşəcək, belə addım atmaz. Erkən nikahlarla bağlı qanunvericiliyi sərtləşdirməliyik. 18 yaşdırsa, 18 olsun. Niyə 17 və ya 16-ya ensin? Qanun sərtləşsə, cəmiyyətlə maariflənmə işləri düzgün görülsə, müəyyən mənada qarşısı alına bilər. Burada əsas yük jurnalistlərin üstünə düşür. Ayrı-ayrı jurnalist birlikləri layihələr həyata keçirib bunu cəmiyyətə çatdırmalıdır”. 

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR