"Fəhlənin işi müğənnidən yüngüldür, çox zülm çəkirik"

"Bəzi adamlar elə bilirlər ki, biz sənət adamları milyarderik. Elə şey yoxdur. Söhbət müğənnilik sənətindən gedir. Burada milyarder olan yoxdur. Başqa sahədən gəliri varsa, onu deyə bilmərəm. Biz ancaq çalıb-oxumaqla qazanırıq. 2 ay Məhərrəmi, 1 ay orucluq, mayda toy olmur, iyun, iyul, avqustda camaat gedir gəzməyə, yanvarla fevrala deyirlər ki, qar yağar toya gəlməzlər, biz qalırıq evdə. Biz toy olmayanda balıq sudan çıxanda ağzını yumub-açır, bax, elə oluruq".

 

Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov "Gəl danış" proqramında deyib. O, müğənnilik sahəsindəki çətinliklərdən danışaraq gileylənib. C.Məmmədov fəhlələrin gördüyü işin müğənnilikdən asan olduğunu iddia edib:

 

"Bahalı maşını kreditlə hamı ala bilər. Amma müğənnisənsə, gedirsən banka kredit deyirsən, cavab verirlər ki, sizə verə bilmərik. Əslində biz fəhlədən çox zülm çəkirik. Daş karxanasında işləyən fəhlə vaxt tapıb çay içir. Dülgərin yanına gedirsən, deyirsən ki, bunu tez düzəldib mənə verməlisən. Söyləyir ki, gözlə. Soruşursan niyə? Deyir ki, görürsən ki, çay içirəm, çörək yeyirəm. Amma biz müğənnilər çay içə bilmirik. Biz toy başlayandan bitənə qədər çalıb-oynamalıyıq. Əgər imkan olsa, kimsə gəlib sağlıq desə, onda isti çayı boğazımız yana-yana içə bilərik. Biz xidmət edirik. Fəhlənin işi bizimkindən yüngüldür. Fəhlənin üstü tozlu, çirkli olur, toz-torpaqda və ya yağdəyişdirmə məntəqəsində işləyir. Amma biz səliqəli geyinib gedirik, evə gələndə köynəyi sıxırsan, suyu tökülür. Biz ölənə qədər işləyirik.

 

Bilmirəm ki, orucluqdan sonra mənim nə qədər toyum olacaq. Ağlamıram, olanı danışıram. Biz fəhlədən çətin yaşayırıq. Nə barədə, işləmək məqamında. Fəhlə bir stəkan çayını əyləşib içə bilir, biz toyda oxuyanda onu da edə bilmirik. Bizim işimiz fəhləninkindən də çətindir". 


OXŞAR XƏBƏRLƏR

Tibbdə misligörünməmiş hadisə: Ürəyi 19 saat dayandıqdan sonra...

Keçən ay ürəyi 19 saat dayanan 4 yaşlı uşağın ailəsi onunla son dəfə vidalaşmaq üçün Kolorado Uşaq Xəstəxanasına toplaşıb. Ancaq misligörünməmiş möcüzə baş veri...

Nigar Camal aldığı ən bahalı hədiyyəni AÇIQLADI - VİDEO

Müğənni Nigar Camal aldığı ən bahalı hədiyyədən danışıb.   Sfera.az xəbər verir ki, bu barədə sənətçi qonaq olduğu “Günaylı gün” ver...

Xankəndi-Şuşa-Laçın yolunun uzunluğu neçə km olacaq?

Xankəndi-Şuşa-Laçın avtomobil yolunun yenidən qurulması layihəsi üzrə tikinti işləri davam etdirilir.    Sfera.az-ın məlumatına görə, avtomobi...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəh...

Yeməklərə duz əlavə edənlərə mədə xərçəngi XƏBƏRDARLIĞI

Qidaya əlavə duz tökmək mədə xərçəngi riskini 41 faiz artırır.   Sfera.az xəbər verir ki, əvvəlki tədqiqatlarda duz istehlakı demans və tip 2 diabet ...

Ancelina Coli övladları ilə atalarının arasını pozmaqda ittiham edildi

Bred Pitt və Ancelina Colinin keçmiş cangüdəni Toni Uebb Los-Anceles Ali Məhkəməsinə təqdim etdiyi sənədlərə əsasən, aktrisanın övladlarını atalarından qaçırmaq...