"Əməliyyatlar keçirib, 8 kəndimizi də azad etməliyik" - Fəzail Ağamalı

Siyasət
11:36 / 05.03.2024
3284
“Azərbaycan məsuliyyətli hökümət olaraq sülh çağırışlarını daim önə çəkir”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin 5 mart 2024-cü il tarixli iclasında deputat Fəzail Ağamalı deyib .
“Bunun əksinə, Ermənistan daim silahlanmaqla, Fransa-Yunanıstan-Ermənistan alyansı yaratmaqla nələrəsə nail olmağa çalışır. Bu gün Ermənistan Azərbaycana qarşı müharibəyə hazırlaşır. Biz bu mübarizədə heç bir qüvvənin qarşısında məğlub olmayacağıq. Azərbaycan dövləti müvafiq addımları atır. Nə qədər ki, Ermənistan güclü şəkildə silahlanmayıb, əməliyyatlar keçirib, 8 kəndimizi də azad etməliyik, çünki işlər heç də yaxşı getmir. Azərbaycanın bu gün apardığı siyasət bəşəri dəyərlərə dayanır, öz qələbəsini də əldə edəcək”, - millət vəkili qeyd edib.