Zaqatalada məktəbliləri öldürən sürücü barəsində QƏRAR VERİLDİ - FOTO

Zaqatalada məktəbliləri öldürən sürücü barəsində QƏRAR VERİLDİ - FOTO

Zaqatalada məktəbliləri vuraraq öldürən sürücü həbs edilib. 

 

Sfera.az-ın məlumatına görə, Zaqatalada 2 azyaşlının ölümünə səbəb olan sürücü Emin İbrahimov barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, fevralın 8-də Zaqatala şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə məhkum olunmuş, İbrahimov Emin Oqtay oğlu sürücülük hüququ olmadan, eləcə də etibarnaməsiz idarə etdiyi “Mercedes” markalı, 39-BB-320 dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonunun Göyəm kəndi ərazisində hərəkətdə olarkən sərt döngədə idarəetməni itirməsi nəticəsində yolun kənarı ilə gedən 2013-cü il təvəllüdlü 3 məktəblini vurub. 

 

Nəticədə azyaşlılardan Ramazan İsayev və Kamal Permadov hadisə yerində həyatlarını itirib. 

 

İbrahim İbrahimzadə isə xəsarətlə Zaqatala rayon Diaqnostika Mərkəzinə, sonradan isə Bakıdakı xəstəxanaya yerləşdirilib. (Lent.az)


OXŞAR XƏBƏRLƏR