"Azərbaycanda 60 uşaq itkin düşüb"

 
"Azərbaycanda müharibə dövründə əsir, itkin düşmüş və girov götürülmüş 3024 nəfərdən 60-ı uşaqdır”.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. Onun sözlərinə görə, onlardan 20-si qız, 40-i isə oğlandır: "Həmin uşaqlar haqqında uzun illərdir heç bir məlumat ala bilmirik”.

Komitə sədri əlavə edib ki, bu gün komitəni narahat edən məsələlərdən biri də valideyn-uşaqlar arasında olan münasibətlərdir. Belə ki, bu münasibətlər bəzən düzgün qurulmur və onlar bir-birilərini başa düşmürlər: "Valideyn məsuliyyətinin artırılması ilə bağlı qanunvericilikdə dəyişiklər olmalıdır. Əgər bu gün ata qızını ailə qurmağa məcbur edirsə, artıq o, cinayət məsuliyyəti daşıyır. Bununla yanaşı o, həm də qanunvericiliyi pozur. 

Bəzən valideynlər belə fikirlərləşirlər ki, uşaq özümündür və kimə, hansı ailəyə istəsəm verə bilərəm. Bu fikirlər tamamilə yanlışdır. Hər bir övlad gələcəyimizdir və onlar cəmiyyətin bir üzvüdür. Bu gün bəzi övladların valideynləri tərəfindən məcburi, erkən yaşda ailə qurmağa sövq edilməsi gələcəkdə xəstə uşaqların doğulması, sonradan ailələrin dağılması və digər mənfi hallarla nəticələnir”.


OXŞAR XƏBƏRLƏR

Prezident Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.   Sfer...

İlham Əliyev Ulu Öndərlə bağlı paylaşım etdi - VİDEO

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı rəsmi "Instagram" səhifəsində videoçarx paylaşıb. ...

Mehriban Əliyevadan Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-...

500-dən çox hərbçiyə mənzil verilib

2025-ci ilin geridə qalan dövründə 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib.   Sfera.az “Report”a istinadən xəbər ve...

Dövlət rəsmiləri Heydər Əliyevin məzarını ziyarət etdilər

Ulu öndər, Azərbaycanın eks-prezidenti Heydər Əliyev anadan olmasının 102-ci ildönümündə hörmətlə anılır.   Sfera.az xəbər verir ki, dövlət qurumları...

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...