Dünya reytinqi: Ordumuzun gücü açıqlandı

Dünya reytinqi: Ordumuzun gücü açıqlandı

“Global Firepower” bu gün – 28 yanvar 2024-cü il üçün dünya ordularının reytinqini yeniləyib.

 

Sfera.az Axar.az-a istinadən xəbər verir ki, reytinqin hazırlanmasında mütəxəssislər təchizat və silahlanma da daxil olmaqla, 60-dan çox amili əsas götürüblər.

 

Yeni reytinqdə Britaniya bundan əvvəlki siyahılarda qoruduğu ilk beşlikdəki mövqeyini itirib və yerini Cənubi Koreyaya verib. Beləliklə, ilk beşlikdə ABŞ, Rusiya, Çin, Hindistan və Cənubi Koreya qərarlaşıb.

 

Sonrakı yerlərdə Britaniya, Yaponiya, Türkiyə, Pakistan və İtaliya göstərilib.

 

Burada da Türkiyə ordusu mövqelərini gücləndirib və Pakistandan qabağa keçib.

 

Azərbaycan Ordusu Qazaxıstan və Suriya ordularının arasında mövqe tutub - 59-cu yerdə.

 

Qonşularımızdan İran 14-cü, Gürcüstan 84-cü, Ermənistan isə 102-ci yerdədir.

 

Digər türk ölkələri – Qazaxıstan 58-ci, Özbəkistan 65-ci, Türkmənistan 83-cü, Qırğızıstan isə 100-cü yeri tutub.

 

Qeyd edək ki, Qırğızıstan iki pillə irəliləyərək, Ermənistanı (102) və Zimbabveni (101) qabaqlayıb.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...

Elnarə buna görə toylara getmir

“Dənizdə damla olmağı sevməmişəm. Heç kimin etmədiyini etmişəm. Fərqlənməyi sevirəm”.   Sfera.az xəbır verir ki, bu sözləri müğənni Elnar...