Moskva teatrında yanğın - Tamaşaçılar təxliyə edildi

Dünya
15:16 / 28.01.2024
3013
Rusiyanın paytaxtı Moskvanın Zəfər meydanında yerləşən məşhur Satira teatrında yanğın baş verib.
Sfera.az TASS-a istinadən xəbər verir ki, teatra gələn 50-yə yaxın şəxs təxliyə edilib. Ölən və yaralananlar barədə məlumat verilmir.
Moskva Fövqəladə Hallar İdarəsinin məlumatına görə, yanğının sahəsi 250 kvadratmetrə qədər ərazini əhatə edib.
Hadisə yerinə 21 yanğınsöndürən texnika cəlb edilib.