Türk nazir İqtisadiyyat Nazirliyində - Hansı məsələlər müzakirə edildi?

Türk nazir İqtisadiyyat Nazirliyində - Hansı məsələlər müzakirə edildi?

​​​​​​Azərbaycan və Türkiyə arasında energetika sahəsində əməkdaşlığın və bərpa olunan enerji layihələri üzeə birgə fəaliyyətin perspektivləri nəzərdən keçirilib.

 

Bu barədə Publika.az-a İqtisadiyyat Nazirliyindən bildirilib.

 

İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf ölkəmizdə səfərdə olan Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla görüşüb.

 

Görüşdə iqtisadiyyat naziri ölkələrimiz arasında səmərəli enerji tərəfdaşlığını, birgə reallaşdırılan layihələrin regional inkişafa, stabilliyə və təhlükəsizliyə, Azərbaycan və Türkiyənin strateji maraqlarının təmin olunmasına xidmət etdiyini vurğulayıb. Bu xüsusda SOCAR-ın Türkiyədəki çoxşaxəli fəaliyyəti məmnunluqla qeyd olunub.

 

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar enerji tərəfdaşlığının yeni qlobal trendlərə uyğun şəkildə inkişaf etdirilməsi barədə fikirlərini bölüşüb. Qeyd olunub ki, bu il Azərbaycanda təşkil olunacaq COP29 tədbiri də alternativ enerji və digər sahələrdə müzakirələrin aparılmasına və əməkdaşlıq üçün yeni imkanların açılmasına təkan verəcək.

 

Görüşdə Azərbaycan və Türkiyə arasında iqtisadiyyat, o cümlədən enerji sahələrində mövcud və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...

Elnarə buna görə toylara getmir

“Dənizdə damla olmağı sevməmişəm. Heç kimin etmədiyini etmişəm. Fərqlənməyi sevirəm”.   Sfera.az xəbır verir ki, bu sözləri müğənni Elnar...