Nazir: "Mina xəritələri çox həssas məqamdır"

Siyasət
18:00 / 27.01.2024
6807
Mina xəritələri, mina mövzusu çox həssas məqamdır. Belə mövzu ilə bağlı Ermənistan 2020-ci ildən bəri oyun oynayır.
Sfera.az-ın məlumatına görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Ermənistan əvvəllər belə bir xəritənin mövcudluğunu tamamilə inkar edirdi:
"Sonradan təqdim edilən isə tamamilə yararsız kağızlardır. Ermənistanın minanı döşədiyini, amma harada olduğunu bilməməsini deməyi absurddur. Son üç il əzində 480 km uzunluqda, 960 kv.km ərazi tamamilə minalanıb".(Report)