Avropa İttifaqı Ukraynada hərbi baza yaradır?  - Medvedev XƏBƏRDARLIQ ETDİ

Avropa İttifaqı Ukraynada hərbi baza yaradır?  - Medvedev XƏBƏRDARLIQ ETDİ

“Rusiya Ukraynada xarici hərbi bazalar yaradılacağı təqdirdə onları mütləq vuracaq”.

 

Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib. O, daha əvvəl nüvə silahının tətbiqi barədə Qərb ölkələrinə xəbərdarlıq etmişdi.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Rusiya hələ də özünə güvənir və geri çəkilmək fikrində deyil:

 

“Medvedevin sosial şəbəkə hesabında yazdıqlarının reallıq dərəcəsi xeyli dərəcədə Qərbin addımlarından asılıdır. Amma Avropa İttifaqı Ukraynada hərbi baza yaradacaqmı? Bunun ağlabatan olduğuna inanmıram. Əsas səbəb odur ki, ABŞ və Aİ-də hələ də Ukrayna ilə bağlı yekdil fikir yoxdur. Ayrı-ayrı Aİ dövlətləri Ukraynaya yardımla bağlı fərqli mövqe ortaya qoyurlar. Bu, rəsmi Kiyevin Aİ-yə üzvlüyü məsələsində də özünü aydın göstərir. Bu isə o deməkdir ki, Aİ-yə üzvlərdən biri və ya bir neçəsinin Ukraynada hərbi bazanın yaradılmasına veto qoyması da mümkündür”.

 

Müsahibimiz bildirib ki, Avropa indiki məqamda nə Rusiya ilə müharibəyə girmək, nə də Moskavanın əlinə bəhanə vermək istəyir:

 

“Ona görə də Qərb tələsik addımlar atmayacaq. Yəni, Aİ Ukraynada hərbi baza yaratmayaq. Bu isə o deməkdir ki, Rusiyanın Avropaya müharibə elan etməsi hələ o qədər də real deyil. Bu, yalnız Qərbin müharibəyə birbaşa qoşulacağı təqdirdə olacaq”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

"Real"ın gənc uluzuna cinayət işi açıldı

"Real"ın gənc ulduzu Raul Asensio və onun klubun gənclərdən ibarət kollektivindəki keçmiş komanda yoldaşlarına qarşı cinayət işi açılıb.  ...

Ötən ay ən çox şikayət olunan banklar - Siyahı

Azərbaycan Mərkəzi Bankı (AMB) cari ilin aprel ayı ərzində bank müştәrilәrinin bank xidmәtlәrindәn istifadәsi üzrә şikayәt indeksini acıqlayıb.   Sfe...

“Haka” rəqsi edən deputatlar cəzalandırıldı - "Bu ən sərt qərardır"

Yeni Zelandiya parlamentində keçirilən iclas zamanı “Haka” rəqsi edərək mübahisəli qanun layihəsinə etiraz edən üç deputata cəza verilməsi tövsiyə o...

Azərbaycanda ən yüksək maaş bu şəhərdədir - Bakı sıralamada ikincidir

2025-ci ilin aprelin 1-nə olan məlumata əsasən, Azərbaycanda ortaaylıq maaş 1084 manatdır. Bəzi şəhər və rayonlarda orta maaş səviyyəsi bu həddən yüksəkdir.&nbs...

Aparıcı Zaurla Günayın xaricə köçməsi iddiasına ATV-dən REAKSİYA

Tanınmış telejurnalist, ATV-nin “Bizimləsən” və “Zaurla Günaydın” verilişlərinin aparıcısı Zaur Baxşəliyevin müəllifi olduğu proqramları...

Zelenskidən Putinə MESAJ: "Mən burdayam!" – VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfərini Rusiya lideri Vladimir Putin üçün "çox aydın siqnal" adlandırıb.   Sfera.az x...