Dünya Bankı Ukraynaya böyük məbləğdə yardım ayırdı

Dünya Bankı Ukraynaya böyük məbləğdə yardım ayırdı

Dünya Bankı Ukraynaya növbəti dəfə böyük məbləğdə yardım ayırıb. 


Sfera.az xəbər verir ki, ayrılan yardımın məbləği 1,34 milyard dollar təşkil edəcək. Yardım Ukraynada “Davamlı idarəetməni təmin etmək üçün dövlət xərclərinin dəstəklənməsi” layihəsi çərçivəsində verilib.   


Ayrılan vəsait bir neçə ölkənin dəstəyi ilə həyata keçiriləcək. Vəsaitin 1,086 milyard dolları Yaponiyanın kreditindən ibarətdir. Bundan başqa Ukraynanın dəstəklənməsi, bərpası və islahatı üçün Norveç 190 milyon dollar, ABŞ hökuməti 50 milyon dollar, İsveçrə hökuməti 20 milyon dollar qrant ayıracaq. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR