Yəhudi ravvin "erməni soyqırımı" mifini belə ifşa etdi - TARİXİ FAKTLAR  

Yəhudi ravvin

Bu hekayə 34 il əvvəl Kaliforniyanın Sonoma qraflığının Santa Rosa şəhərində baş verib. Hadisələr 1989-cu ilin oktyabrının 11-də, notarius Vedney Ostanın ofisində olub.


Sfera.az xəbər verir ki, hadisələrin qəhrəmanı 100 yaşlı bir yəhudi kişidir. Onun adı Albert Jean Amateudur. 


Amateu 20 aprel 1889-cu ildə Osmanlı İmperiyasının Milas şəhərində (Türkiyədə yerləşir- red.) anadan olub. Peşəsi ABŞ-də Sefarad yəhudilərinin ravvini, hüquqşünas, ictimai xadimdir.

 

Onun məqsədi "erməni soyqırımı" mifini ifşa etmək, sirri aydınlaşdırmaq, avstriyalı yazıçı Frans Verfelin “erməni soyqrımı” haqqında yazdığı əsərdəki yalanları üzə çıxartmaq və həqiqiliyi sübut etmək üçün 10 səhifəlik yazılı bəyanatı notarial qaydada təsdiq etmək olub. Yüz yaşlı müdrikin hərəkəti öz humanitar ülviliyi ilə heyranedicidir. O, bununla həqiqətin şərdən üstün olduğunu və cinayətdən qorxmadığını sübut etmiş olub. Amateu bu məqsədini həyata keçirən zaman Türkiyədə heç vaxt maliyyə və ya biznes maraqlarının olmadığını və Türkiyə hökumətinin xidmətində olmadığını qeyd edib. 


Amateu 1910-cu ildə Osmanlı imperiyasından mühacirət edib və mühacirətə qədər orada ali təhsil alıb. Tələbə ikən o, Osmanlı dövlətinə qarşı terror planlarını ona açıqlayan və Osmanlı dövlətçiliyini sarsıtmağa yönələn qadağan olunmuş təşkilatlarda iştirakdan danışan gənc ermənilərlə yaxınlıq edib. Hadisələrin şahidi kimi Amateu “erməni soyqırımı” mifini çürüdən bir çox faktlara sahib olub. 


Amateu və avstriyalı yazıçı Verfel dost idilər. Verfel Osmanlı imperiyasında “erməni qətliamları”nın tarixindən bəhs edən “Musa dağın qırx günü” adlı kitab yazıb. Müəllif kitabı yazan zaman bəhs etdiyi əhvalatı etibar etdiyi və hekayəsi onda heç bir şübhə yaratmayan dostu, Vyanadakı erməni yepiskopdan öyrəndiklərinə istinad edib. Erməni yepiskopu Verfelə Musa dağında 50 min silahsız erməninin milli mənsubiyyətinə görə öldürüldüyünü bildirmişdi. Yazıçı da deyilənlərə istinad edərək “Musa dağın qırx günü” əsərini qələmə alıb. 

 


Əsər güclü ədəbi məzmuna sahibdir və onun Qərb ictimaiyyətində “erməni genosidi” ilə bağlı fikrin formalaşmasında böyük təsiri sahib olub. 


Notarius Ostanın ofisində yazıçı Verfelin də iştirakı ilə keçirilən toplantıda Amateu Musa dağında baş verən hadisənin əslində necə olduğundan bəhs edib. Amateuya inanan yazıçı eşitdiklərindən sonra səhvə yol verdiyini notarial qaydada təsdiqləyib. 


Yəhudi kişi ifadəsində bunları deyib: “Vyanalı dostum, yazıçı Frans Verfel Osmanlı imperiyasında ermənilərin "qətliam"larının tarixindən bəhs edən “Musa dağın qırx günü” adlı kitab yazıb. Bu əhvalatı ona Verfelin etibar etdiyi və hekayəsi onda heç bir şübhə yaratmayan dostu, Vyanadakı erməni yepiskopu danışmışdı. Təəssüf ki, Verfel yazdığı mövzu ilə bağlı həqiqətləri öyrənmədən əsəri qələmə alıb. İllər sonra qərəzsiz tarixçilərin araşdırmaları Musa dağı haqqında ermənilərin də təkzib etmədiyi həqiqəti və real faktları üzə çıxaranda Verfel başa düşdü ki, ona uydurma əhvalat danışan yepiskop dostu onu aldadıb. Verfel mənə etiraf etdi ki, o, osmanlıları təcavüz və terrorizmdə ittiham etdiyi hekayə yazdığına görə utanır və peşmandır”. 


Bəs həqiqət necə olub? 


Amateu özünün erməni tanışlarından eşitdiyi və araşdırmalar zamanı üzə çıxan məlumatlara istinadən bildirib ki, Ərzurumun erməni kəndlərinin 50 min sakini quldur dəstələri yaratmaq üçün silah, sursat və ləvazimatlarla Musa dağına çıxıblar. Onlar oradan Osmanlı hökumətinə qarşı təxribat xarakterli hücumlar həyata keçiriblər. Frans Verfel əsərində onları 50 min soyqırım qurbanı kimi təqdim edib. 


Amma əslində onların hamısı Fransız hərbi gəmilərində xilas olmuşdu. Amateu nəql edib ki, Musa dağına qalxmazdan əvvəl erməni üsyançıları əvvəllər mehriban qonşuluqda yaşadıqları türk və yəhudi millətindən olan yüzlərlə həmvətənlərini əsir götürüblər:

 

“Sonra sırf yəhudi və müsəlman olduqları üçün hamısını soyuqqanlılıqla öldürdülər. Hər gecə silahlı erməni dəstələri bu dağdan enərək Osmanlı və alman qoşunlarını kürəyindən bıçaqlayırdılar. Türklər məəttəl qalmışdılar. Hücum edən ermənilər bu əməlləri törətdikdən sonra tez gözdən itirdilər. Osmanlılar əvvəlcə ermənilərin izinə düşə bilməsələr də, nəhayət başa düşdülər ki, hücum edənlərin gizləndiyi yer Musa dağıdır. Dağ osmanlılar üçün alınmaz qala oldu, ona görə də onlar onu mühasirəyə almağa qərar verdilər və erməni qvardiyasının məğlubiyyətini etiraf edib silahlarını yerə qoyana qədər 40 gün gözlədilər. Ancaq osmanlılar dağa çıxanda orada cəmi 500 nəfər silahlı şəxs qalmışdı. Erməni ordusunun əsas hissəsi dağın o tayından enib, oradan Aralıq dənizinə çıxış tapırdı. Ermənilər oradan fransız və ingilis gəmilərinə minərək İngiltərənin nəzarəti altında olan Misirin İsgəndəriyyə limanına gedirdilər”.

 
Amateu ifadəsində qeyd edib ki, Musa dağı yalanı 1915-ci ildə 1,5 milyon erməninin qətl edilməsi hekayəsi kimi uydurmadır. 

 


Kaliforniya notariusu Uvendy Ostin bəyanatı lazımi qaydada təsdiqlədi və  Amateunun “erməni soyqırımı” ilə bağlı ifadəsi sənəd qüvvəsini qazandı. 1990-cı ildə Amateu and içərək bu sənədi ABŞ Konqresinə təqdim etdi və konqresmenləri senator Robert Dole tərəfindən təklif olunan “erməni soyqırımı”nı tanıyan qətnaməni qəbul etməməyə inandırdı. 

 


Vasif


OXŞAR XƏBƏRLƏR

SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi

20 sentyabr - Neftçilər Günü peşə bayramı münasibətilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Ulu Öndər Heydər...

"Kapital Bank"dan neftçilərə qızıl kimi TƏKLİF

20 Sentyabr Neftçilər Günü münasibətilə ölkənin birinci bankı Kapital Bank neftçilərə bu il də xüsusi fürsət təqdim edir. Belə ki, neftçilər 10.9%-dən başlayan ...

Azərbaycan neft və qazdan nə qədər qazanıb? - RƏQƏMLƏR

Bu gün “Əsrin müqaviləsi”nin bağlanmasından 30 il keçir. “Əsrin müqaviləsi” Azərbaycan üçün böyük imkanlar yaradıb. Bu imkanlar arasında...

Ukraynada bu şəxslərə teleqramdan istifadə qadağan edildi

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası hərbçi və dövlət qulluqçularına xidməti cihazlarda teleqram mesencerindən istifadəni qadağan edib.   ...

Sabah leysan yağacaq - XƏBƏRDARLIQ

Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. &nbs...

Xanımların DİQQƏTİNƏ - Bu kosmetoloqların qurbanı ola bilərsiniz!

Qadınların gözəllik üçün etdirdiyi kosmetoloji prosedurlarla yanaşı, kosmetoloqların da sayında artım müşahidə edilir. Lakin onların əksəriyyətinin bu sahə...