89 yaşlı Sofi Loren xəstəxanaya yerləşdirildi - FOTO

89 yaşlı Sofi Loren xəstəxanaya yerləşdirildi - FOTO

İkiqat “Oskar” mükafatı laureatı italyan aktrisası, əfsanəvi Sofi Loren təsadüfən Cenevrədəki evinin vanna otağında yıxılıb. O, çoxsaylı omba sınığı, həmçinin əməliyyat tələb edən ciddi bud sümüyünün sınığı ilə xəstəxanaya yerləşdirilib.
 

Sfera.az bildirir ki, aktrisanın sözçüsünün sözlərinə görə, əməliyyat uğurla keçib və indi ulduzun istirahətə ehtiyacı var. Həkimlər əməliyyatın nəticələri və Lorenin sağalması ilə bağlı ehtiyatlı və nikbindir. Bildirilir ki, bu, qısa sağalma dövrü və uzun reabilitasiyanı əhatə edəcək.
 

Qeyd edək ki, Sophia (Sofi) Loren 20-ci əsrin ən görkəmli kino ulduzlarından biri hesab olunur. O, ilk Oskarını 1961-ci ildə Vittorio De Sikanın klassik neorealist filmi "La Ciociara"da (İki qadın) müharibə zamanı ananın faciəvi obrazına görə qazanıb. 1991-ci ildə kino sənayesindəki xidmətləri qiymətləndirərək ikinci dəfə qızıl heykəlciklə mükafatlandırılıb.


Sofi Lorenin ən yaddaqalan və uğurlu filmlərindən bəziləri 1996-cı ildə vəfat edən italiyalı Marcello Mastroianni ilə çəkilmişdir. O, həmçinin Cary Grant, Marlon Brando, Frank Sinatra, Paul Newman və digər kino əfsanələri ilə də rol alıb.
 

Sofi Loren sonuncu dəfə 2020-ci ildə “The Life Ahead” filmində ekrana çıxıb. O, İtaliyanın cənubundakı Bari şəhərində işləyən fahişələrin uşaqlarına baxan və onu soyan yetim seneqallı miqrant uşağa kömək edən Holokostdan xilas olmuş keçmiş fahişə obrazını canlandırıb. Filmin rejissoru isə öz oğlu Edoardo Ponti olub.


Sofi Loren oğlu Edoardo Pontinin obyektivindən



Sentyabrın 26-da Sofi Baridə onun adına dördüncü restoran açmağı planlaşdırırdı. Hadisəyə görə onun bütün görüşləri və yaxın gələcək üçün səfərləri ləğv edilib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...