“Sonuncu xaç atası” vəfat etdi

“Sonuncu xaç atası” vəfat etdi

Siciliya mafiyasının "sonuncu xaç atası" kimi tanınan Matteo Messina Denaro uzun sürən xəstəlikdən sonra 61 yaşında vəfat edib.
 

Sfera.az bildirir ki, mafioz Matteo Messina 1993-cü ildən hakimiyyətdən gizlənib. Polisin əlində onun yalnız gənc yaşlarının fotoşəkillərinin olması mafiozun axtarışını çətinləşdirib. Məhz buna görə də onun xarici görünüşünü bərpa etmək üçün kompüter texnologiyasından istifadə edilib.


Mafiozuj ölümü Andrea Bonafede adı altında olduğu xəstəxanada baş verib. L'Aquila əyalətinin meri Pyerluici Biondi bu məlumatı təsdiqləyib.
 

Messina Denaro Siciliya cinayət təşkilatı “Cosa Nostra”nın bosslarından biri olub və 1993-cü ildən gizlənib. 2023-cü ilin yanvarında o, Palermodakı özəl klinikalardan birində saxlanılıb. vaxtaşırı xərçəngdən müalicə alıb. Səhhəti pisləşdiyi üçün o ciddi rejimli cəzaçəkmə müəssisəsindən xəstəxanaya köçürülüb.


Messina Denaro “Cosa Nostra”nın törətdiyi bir çox cinayətlərin təşkilində iştirakı ilə tanınıb. O, həmçinin onlarla insanın qətlini təşkil etməkdə ittiham olunurdu. 2002-ci ildə ömürlük həbs cəzasına məhkum edilib.
 

Matteo bahalı kostyumları, “Rolex” saatları və “Ray-Ban” günəş eynəyi taxması, dəbdəbəli həyat tərzi ilə tanınırdı. Onun həbsi əlamətdar hadisə idi, qeyd etdiyimiz kimi axtarışı son fotoşəkillərin olmaması səbəbindən daim çətinləşib. Xarici görünüşünü bərpa etmək üçün kompüter texnologiyasından istifadə edilməli idi.
 

Messina Denaro hakimiyyətlə əməkdaşlıq etməkdən və “Cosa Nostra”nın cinayətlərini ifşa etməkdən imtina edib. O, Covanni Falcone və Paolo Borsellino da daxil olmaqla, bir neçə amansız qətldə əsas fiqur olub.
 

Matteonun ölümü ilə müstəntiqlər mafiyanın (omerta) səssiz koduna sona qədər sadiq qaldığı üçün “Cosa Nostra”nın çoxsaylı sirlərinin onunla birlikdə məzara gedəcəyindən qorxurlar.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...