"Mənim sinəm onsuzda böyükdür..." - MƏTANƏT COŞDU
Maqazin
13:35 / 28.10.2016
3611
Tanınmış ifaçı Mətanət Əsədova haqqında yayılan yalan xəbərlərdən şikayətçidir. BiG.AZ-a danışan müğənni sinə əməliyyatı etməsi barədə yayılan xəbərlərə aydınlıq gətirib. Belə bir əməliyyat keçirmədiyini deyən müğənni əsəblərinə hakim ola bilməyib:
" Mənim sənətimdən yazsınlar. Niyə görə axı bu qədər şəxsi həyatıma müdaxilə edirlər. Kim deyir ki, Mətanət sinə əməliyyatı edib, qələt edir. Mənim sinəm onsuzda böyükdür, əməliyyat nəyimə lazım? 4 il bundan əvvəl estetik klinikalardan birinə getmişdim, bəli. Amma burnuma görə. Onlar da dedilər ki, sənin qanın azdır, olmaz. Mən də əməliyyat elətdirmədim. Cəmi bir dəfə burnumu əməliyyat elətdirimişəm, vəssalam. Mənim əməliyyata heç bir ehtiyacım yoxdur. Əsəbi adamam, ağıllı olsunlar, əl çəksinlər bu müğənnilərdən ... Mənim belə səviyyəsiz reklama ehtiyacım yoxdur, yazmasınlar məndən".