Rusiyadan sızdırılan məxfi sənədlərlə bağlı AÇIQLAMA: “Bizim narahatlığımız..”
Siyasət
15:08 / 14.04.2023
6859
“Kremlin Pentaqonun məxfi sənədlərindən xəbəri olmayıb”.
Sfera.az bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, fikirlərini bu cür davam etdirib:
“Belə məlumatları öyrənmək kəşfiyyat xidmətlərimizin səlahiyyətidir və ictimaiyyətə açıq deyil. Mətbuatda yayımlanan xəbərləri oxuyuruq, onlarla tanışıq. Bu məxfi sənədləri dərc edənə qarşı heç bir iddiamız yoxdur. Bizim narahatlığımız məlumatları təhlil etmək, onların etibarlılığını şübhə altına almaq və öyrənməkdir”.
Qeyd edək ki, ötən həftə ABŞ Müdafiə Nazirliyi və NATO-nun Ukrayna hücumunun hazırlanmasına dair məxfi sənədlərinin şəkilləri tviter və teleqrama sızdırılıb.
Türkan