Deputatı bulvarda müsahibə verməyə QOYMADILAR

Deputatı bulvarda müsahibə verməyə QOYMADILAR

"Bu gün Bakı Ağ Şəhər bulvarında video müsahibə verirdim. Jurnalist zəng elədi, mən də hotelin önündə idim. Dedim ki, bulvara gəl. Müsahibə zamanı bulvar işçiləri gəlib dayandırdı. Özümü təqdim elədim, tanıdıqlarını, hörmət etdiklərini dedilər. Bulvar idarəsi rəhbərliyinə zəng etdilər, 10-15 dəqiqə gözlədim. Müsahibəni çəkilib bu bərbad görkəmli yerdə verməli oldum. Parlamentdə təmsil olunan Milli Cəbhə Partiyasının sədri, deputat, Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü bulvarda müsahibə verə bilməz, qadağan olunub. Bu qərarı kim verib? Bakı Bulvar İdarəsinin rəhbəri? Hansı haqla? Mənim müsahibə verməyim kimə məruzə edildi və kim bunu qadağan etdi? Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü bulvarda müsahibə verə bilməz?"

 

Sfera.az-ın xəbərinə görə, bunu deputat Razi Nurullayev bildirib.

 

"Sonra da deyirsiniz ki, bizi tənqid edirlər. Bu cür yarıtmaz qaydaları qoyanlar ölkəmizin adını batırırlar. Mili Məclisdə təmsil olunan deputat xalqın, ölkənin, dövlətin düşməni ola bilərmi? Bunun üçün əsas veribmi?

 

Məgər biz hər gün dövlətçilik, ölkəmiz və xalqımız üçün canımızı sipər etmirikmi? Bu nə münasibətdir? Mən İranın, Ermənistanın düşmənçiliyi, ölkəmizin dirənişi haqqında danışırdım. Mən Bakı Bulvar İdarəsinin rəhbərindən üzrxahlıq zəngi gözləyirəm", - deputat qeyd edib. 

 


OXŞAR XƏBƏRLƏR

Təhsil almadan 11 dil öyrəndi: “Əllərimə yazaraq başladım”

Antalyanın Manavqat rayonunda yerləşən Side Antik kəndində bir zərgərlik mağazasında çalışan 56 yaşlı Cuma Turhan heç bir rəsmi təhsil almadan 11 dili öyrənməyi...

Gəncədə qəzaya uğrayan BMV evin yanmasına səbəb oldu

Gəncə şəhərində BMV markalı minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat...

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda 3,8 maqnitudalı zəlzələ baş verib.   Sfera.az Gürcüstan mediasına istinadən xəbər verir ki, zəlzələ ölkənin şimal-şərqində qeydə alınıb. ...

"Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər" - Mirzoyan

Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı yaxşı xəbər ola bilər.   Sfera.az Teleqraf-a istinadən xəb...

Alça bu insanlara qəti QADAĞANDIR – ARAŞDIRMA

Turş dadı və bol C vitamini ilə tanınan bu meyvə bəzi insanlar üçün təhlükə mənbəyi ola bilər. Söhbət mövsümü meyvə olan alçadan gedir.    Mütəxəs...

Yeni “iPhone"larda güclü RAM-lar quraşdırılacaq - “Apple”dən mühüm dəyişiklik

“Apple” yeni “iPhone 17 Pro” və “Pro Max” modellərində səmərəliliyi artırmaq üçün mühüm bir yeniliyə imza atıb. Şirkət bu mo...