Bit bazarından aldığı albomun onun ailəsi olduğunu öyrənən qadının ŞOK HEKAYƏSİ

Bit bazarından aldığı albomun onun ailəsi olduğunu öyrənən qadının ŞOK HEKAYƏSİ

Sosial mediada hər gün fərqli şeylər eşitməyə öyrəşmişik. TikTok istifadəçisinin ikinci əl “Bit bazarı”ndan aldığı fotoalbomun ailəsinə aid olması və hekayənin təfərrüatları isə hər kəs kimi bizi çox təəccübləndirdi.
 

Sfera.az bu şok hekayənin təfərrüatlarını sizin üçün təqdim edir.
 

Bit bazarından fotoalbomlar alan 28 yaşlı TikTok istifadəçisi hobbisini növbəti səviyyəyə qaldırmaq və albomların əvvəlki sahiblərini tapmaq qərarına gəlib.
İstifadəçi bu müddətdə 1927-ci ilə aid bir foto albomu araşdırmağa başlayıb.

 

Hadisələrin bundan sonra “partladığını” deyə bilərik.


Chelsey Brown, yalnız ailə üzvlərinin ilk adları olan albomun kimə məxsus olduğunu tapmaqda çətinlik çəkəndə kömək üçün şəcərəşünas atasına müraciət edib.
Ata və qızı araşdırdıqları iş nəticəsində albomun sahibinin onların uzaq qohumu olduğunu öyrəniblər.
 

Əldə etdikləri məlumatdan sonra ata albom və fotoşəkillərdəki cütlüklərdən birinin oğlu olduğunu öyrənib.
 

Lakin albomu hazırlayan şəxs 2003-cü ildə vəfat edib.

 

Daha sonra o, ailənin digər üzvləri ilə əlaqə saxlayıb və şəkildəkilərin onun dördüncü və ya altıncı əmisi oğlu olduğunu öyrənib, albomu elektron poçtla onlara da göndərib.
 

Sosial media istifadəçisi, "Bir neçə həftə əvvəl mən əhali qeydlərini nəzərdən keçirməyə başladım və ailə saylarında oxşarlıq hiss etdim. Çox, çox uzaq bir ailə əlaqəmiz var, amma bu olduqca gözəldir”-deyə o, mövzu ilə bağlı fikirlərini bölüşüb.
 

Minlərlə izləyicisi olan istifadəçi araşdırmalarından sonra izləyicilərindən mükafat alıb.
 

Gənc yaşlarından bu araşdırmalarda böyüdüyünü bildirən istifadəçi albomdakı insanları tapmaqla yanaşı, itkin parçaları da ailəsində tapdığını bildirib.
 

"Mən bu araşdırmanı özüm maliyyələşdirdim və ailədən bunun üçün heç bir kompensasiya istəmədim. Bu araşdırma mənə min dollardan baha başa gəldi".



Belə bir təsadüflə qarşılaşsaq bizim reaksiyamız necə olardı? Çox maraqlıdır...


Aynil


 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...

Elnarə buna görə toylara getmir

“Dənizdə damla olmağı sevməmişəm. Heç kimin etmədiyini etmişəm. Fərqlənməyi sevirəm”.   Sfera.az xəbır verir ki, bu sözləri müğənni Elnar...