“Paşinyan Lukaşenkonun bu sözünü bəhanə edəcək” – Onu küsdürən açıqlamanın ŞƏRHİ

“Paşinyan Lukaşenkonun bu sözünü bəhanə edəcək” – Onu küsdürən açıqlamanın ŞƏRHİ

Xəbər verdiyimiz kimi, Belarus Prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasında Ermənistanın Baş nazirinə problemli məsələləri Azərbaycanla danışıqlar masasında həll etməyi təklif edib. Lukaşenko bununla təşkilat üzvlərinin münaqişə istəmədiyini qeyd edib.

 

Bu təklif isə Ermənistan tərəfində birmənalı qarşılanmayıb və Ermənistan XİN Lukaşenkonun KTMT üzvü kimi fəaliyyətinin şübhə altında olduğunu bildirib.

 

Maraqlıdır, Lukaşenkonun təklifi nəyə hesablanıb?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Paşinyanın Luaşenkonun bu təklifini bəhanə edəcəyini bildirib:

 

"Lukaşenko demək istədi ki, problemli məsələləri Azərbaycanla həll etmək lazımdır və onlar Ermənistanın işçğalçı siyasətini dəstəkləməyəcəklər. İndi hamı başa düşür ki, Ermənistan köhnə işğalçılıq siyasətini davam etdirir. Ermənistanın büdcəsində təxminə 370 milyon dollar ermənilərə məxsus qondarma Qarabağ  qurumlarını maliyələşdirmək üçün ayrılıb. Bu siyasətə isə nə Rusiya, nə də Belarusa dəstək vermək istəyir. Bu baxımdan Lukaşenonun açıqlaması məntiqlidir. Paşinyan da Qərbə meyil etmək üçün bu kimi açıqlamaları bəhanə edəcək”.

 

Sabiq nazir Belarusun Azərbaycanla bağlı rəyinin illərdir ki, müsbət olduğunu qeyd edib. Müsahibimizin sözlərinə görə, son illər Belarusla əməkdaşlıq də burada öz sözünü deyir.

 

“Bundan qabaq da Belarusun Azərbaycana münasibəti Ermənistana nisbətdə daha yaxşı olub. Çünki Azərbaycan həmişə Belarusun yanında idi. Bir neçə il öncə bu ölkənin maliyyə problemləri olanda Lukaşenko Prezident İlham Əliyevə müraciət etdi və onlara lazımi dəstək göstərildi. Bəyanatlar sadəcə onu göstərir ki, Ermənistanın nüfuzu hətta üzv olduğu təşkilatda da aşağıdır. Biz bu vəziyyəti uzun illər xarici siyasəti düzgün aparmaqla yarada bilmişik. Belə ki, Azərbaycan uzun müddət postsovet ölkələri ilə xüsusi münasibətlər qurub, əməkdaşlıq edib və yardım göstərib. Lakin Ermənistan həmişə kiminsə hesabına nə isə əldə etməyə çalışıb. Əminəm ki, Azərbaycanın gələcəkdə də Belarus, Qazaxıstan, Özbəkistan kimi ölkələrlə münasibətləri çox yaxşı olacaq", -T.Zülfüqarov diqqətə çatdırıb.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...

Elnarə buna görə toylara getmir

“Dənizdə damla olmağı sevməmişəm. Heç kimin etmədiyini etmişəm. Fərqlənməyi sevirəm”.   Sfera.az xəbır verir ki, bu sözləri müğənni Elnar...