Putinin Qarabağdakı sülhməramlılarla bağlı PLANI: “2025-ci il noyabrın 10-da...”

Putinin Qarabağdakı sülhməramlılarla bağlı PLANI: “2025-ci il noyabrın 10-da...”

Rusiya prezidenti Vladimir Putin Qarabağdakı rus sülhməramlı kontingentinin taleyindən danışarkən çox şeyin sülh müqaviləsinin imzalanmasından, sərhədlərin demarkasiyası və delimitasiyası prosesinin icrasından asılı olacağını deyib.

 

Maraqlıdır, Putinin Qarabağdakı Ruisya sülhməramlılarının gələcəyi ilə bağlı planı nədir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq  Zaur Məmmədov deyib ki, hər şey Azərbaycan-Rusiya danışıqlarında nələrin həll edilməsindən asılıdır: “Hazırda fikir yürütmək tezdir. Əlbəttə, Rusiya sülhməramlıların bölgəni tərk etmək ərəfəsində bazarlıqlara başlayacaq. Həmin dövrdə isə biz müəyyən gərginliyi və pressinqi hiss edəcəyik”.

 

Müsahibimiz bildirib ki, bu və ya digər şəkildə ortaq məxrəcə gəlmək mümkündür:

 

“Rusiya tərəfi bilir ki, Azərbaycanın əsas tələbi və istəyi nədən ibarətdir. Biz tərəfdən Qarabağa tam nəzarət olmalıdır,  bunun qarşılığında təbii, müəyyən razılaşmalara gedə bilərik. Yox əgər, kimsə buradakı vəziyyəti on illərlə dondurulmuş vəziyyətdə görmək istəyirsə, bu, baş tutmayacaq. Əksinə, həmin dövlətlərin maraqlarının bölgədə reallaşmaması ilə nəticələnəcək”.

 

Real partiyasının sədri İlqar Məmmədov isə qeyd edib ki, Vladimir Putin Rusiya sülhməramlılarının gələcəyini sülh müqaviləsinin mümkünlüyünə, eləcə də sərhədlərin demarkasiyası və delimitasiyasına bağlamağa çalışıb: “Əslində isə onların gələcəyi mövzulara deyil, təqvimə bağlıdır. Yəni 2025-ci il noyabrın 10-da onlar evlərinə qayıdacaqlar”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...

Elnarə buna görə toylara getmir

“Dənizdə damla olmağı sevməmişəm. Heç kimin etmədiyini etmişəm. Fərqlənməyi sevirəm”.   Sfera.az xəbır verir ki, bu sözləri müğənni Elnar...