“Bar uşaqlarını vəzifəyə qoyanda belə olmalıdır...” – Nazirlikdəki həbslərə REAKSİYA

“Bar uşaqlarını vəzifəyə qoyanda belə olmalıdır...” – Nazirlikdəki həbslərə REAKSİYA

Xəbər verdiyimiz kimi, iki gün öncə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı bir neçə vəzifəli şəxsin qanunsuz əməlləri aşkarlanıb. Saxlanılan şəxslər istintaqa cəlb olunub və bəziləri azadlıqdan məhrum edilib.

 

Məsələ ilə bağlı Sfera.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bəzi vəzifəli şəxslərin təmsil etdikləri qurumu taladıqlarını deyib:

 

Oxu.az - Hafiz Hacıyev xəstəxanaya yerləşdirilib

 

“Bu insanları vəzifəyə qoyurlar, onlar da elə bilir ki, bu müəssisə, yaxud nazirlik onların dədələrinindir. Hazırda bəzi dövlət strukturlarında dövlətə xidmət etməyən şəxslər çoxluq təşkil edir. Düzdür, onlar arasında vicdanlıları da, etimadı doğruldanlar da var. Lakin dövlət qurumuna şəxsi mülki kimi baxanların sayı daha çoxdur. Mədəniyyət Nazirliyində istər Əbülfəz Qarayevin vaxtında, istərsə də bugünkü dövrdə mədəniyyətdən başqa hər şeylə məşğul olublar. Mən düşünürəm ki, nazirlikdə yaşanan hadisələrə görə nazir də istefaya getməlidir. Çünki onun tabeliyində olan qurumda bu cür hadisələr cərəyan edib. Azərbaycan mədəniyyətinin bu vəziyyətə gəlməsi yolverilməzdir. Xalqa necə izah edə bilərik ki, bu nazirlikdə hər şey qaydasındadır?”.

 

Partiya sədri DTX tərəfindən bundan sonra da müəyyən tədbirlərin görülməsinin vacibliyini vurğulayıb:

 

“Ləyaqətsiz adamları, bar uşaqlarını vəzifəyə qoyanda bu cür halların yaşanması gözləniləndir. Düşünürəm ki, DTX tərəfindən axtarış-yoxlama tədbirləri davam etdirilməlidir, digər nazirliklərdə yoxlamalar aparılmalıdır. Milli qeyrəti olan insanları vəzifəyə gətirmək lazımdır. Prezident bu qədər işlər görür, amma onu işinə kölgə salmaq üçün əxlaqsızlıq edirlər. Bu insanlar əməllərinə görə layiqli cəzalarını almalıdırlar".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...

Elnarə buna görə toylara getmir

“Dənizdə damla olmağı sevməmişəm. Heç kimin etmədiyini etmişəm. Fərqlənməyi sevirəm”.   Sfera.az xəbır verir ki, bu sözləri müğənni Elnar...